15:43 20 Noyabr 2017
Canlı yayım
İlan

Cəlilabadda 12 yaşlı qızı gürzə ilanı sancıb

azecology.az
XƏBƏRLƏR
Qısa URL
9301

Hadisə Abbasova ailə üzvləri ilə birlikdə otlaq sahəsində təsərrüfat işləri görərkən baş verib.

BAKIL, 30 may — Sputnik. Cəlilabad rayonunun Kövüzbulaq kəndində 2003-cü il təvəllüdlü Könül Babək qızı Abbasovanı ilan sancıb. Sputnik APA-ya istinadən xəbər verir ki, hadisə Abbasova ailə üzvləri ilə birlikdə otlaq sahəsində təsərrüfat işləri görərkən baş verib. 

Zərərçəkən dərhal Cəlilabad Mərkəzi Rayon Xəstəxanasına (MRX) çatdırılıb. Burada ona ilan zəhəri əleyhinə zərdab vurulduqdan sonra vəziyyəti stabilləşib.

Cəlilabad MRX-nın məlumata görə, may ayı ərzində rayonda üçüncü dəfədir ilansancma hadisəsi baş verir. Vaxtında göstərilən tibbi yardım nəticəsində xoşbəxtlikdən ölüm faktı qeydə alınmayıb.  

 

 


Əsas mövzular