19:54 15 Dekabr 2017
Canlı yayım
XƏBƏRLƏR

Yaponiyada güclü zəlzələ baş verib

XƏBƏRLƏR
Qısa URL
1001

Paytaxt Tokionun 870 kilometrliyində meydana gələn zəlzələ 2011-ci ilin martında olmuş 9.0 bal gücündəki zəlzələdən indiyədək baş verənlər arasında ən güclüsüdür.

BAKI, 30 may — Sputnik. Yaponiyada Rixter şkalası üzrə 8,5 bal gücündə zəlzələ baş verib. Sputnikin məlumatına görə, zəlzələdə ölən və yaralananlar barədə heç bir məlumat verilməyib. Yaponiyanın NHK telekanalı sunami təhlükəsinin olmadığını xəbər verib. Zəlzələnin episentrinin Sakit Okeanda olan Odasavara adasının 590 kilometrliyində olduğu qeyd edilib. 

Paytaxt Tokionun 870 kilometrliyində meydana gələn zəlzələ 2011-ci ilin martında olmuş 9.0 bal gücündəki zəlzələdən indiyədək baş verənlər arasında ən güclüsüdür. 

2011-ci ildə zəlzələdən sonra sunami baş vermiş və 18 500 adam həyatını itirmişdi. Təbii fəlakət nəticəsində Fukuşima Atom Elektrik stansiyasında sizma meydana gəlmişdi. 


Əsas mövzular