11:17 22 Noyabr 2017
Canlı yayım
Müdafiə Nazirliyi

Azərbaycan hərbçiləri beynəlxalq tədbirlərdə iştirak edəcəklər

apa.az
XƏBƏRLƏR
Qısa URL
12 0 0

İyunun 1-dən 19-na qədər Bakıda, Sarayevoda, Budapeştdə və Qarmiş-Partenkirxen şəhərlərində hərbi tədbirlər keçiriləcək.

BAKI, 30 may — Sputnik. İyunun 1-dən 4-dək Bakı şəhərində Azərbaycan-Türkiyə Hərbi Dəniz Qüvvələrinin əməkdaşlıq iclası, iyunun 1-dən 5-dək Bosniya və Herseqovinanın Sarayevo şəhərində “NATO-nun regional kollektiv təlimi-2016”nın planlaşdırılması üzrə birinci işçi görüşü keçiriləcək. 

Sputnik xəbər verir ki, bu barədə Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin saytında məlumat yayımlanıb.

Məlumatda həmçinin bildirilir ki, İyunun 1-dən 12-dək Macarıstanın Budapeşt şəhərində qərargah zabitləri üçün hərbi terminologiya kursu, iyunun 1-dən 19-dək Almaniyanın Qarmiş-Partenkirxen şəhərində dil testi üzrə təkmilləşdirmə seminarı keçiriləcək.

Tədbirlərdə Azərbaycan Silahlı Qüvvələrinin nümayəndələri iştirak edəcəklər.

Əlaqədar

ABŞ müdafiə naziri İraq əsgərlərini "qorxaq" adlandırıb

Əsas mövzular