11:21 22 Noyabr 2017
Canlı yayım
Antiislam

ABŞ-da anti-islam aksiyaları başlayıb

euronews.com
XƏBƏRLƏR
Qısa URL
6 0 0

Arizona ştatının paytaxtı Finiks şəhərində Ultrasağ Hərəkatın 200-dək tərəfdarı ABŞ-da İslamın yayılması əleyhinə etiraz aksiyası keçirir.

BAKI, 30 may — Sputnik. Arizona ştatının paytaxtı Finiks şəhərində Ultrasağ Hərəkatın 200-dək tərəfdarı ABŞ-da İslamın yayılması əleyhinə etiraz aksiyası keçirir. Hazırda aksiyaçıların sayının tədricən artdığı bildirilir. Aksiya çərçivəsində Məhəmməd peyğəmbərin karikaturalarının sərgisi də açılıb.

Sputnik Euronews-a istinadən xəbər verir ki, aksiya şəhərin ən iri məscidinin qarşısında keçirilib. İştirakçılar silahlı olublar. Aksiyanın təşkilatçıları bildiriblər ki, onlar mayın əvvəllərində Texasın Harlend şəhərində Məhəmməd peyğəmbərin sərgisinə açılan atəşə cavab verməyə hazırlaşırlar. 

Hücumçulardan ikisi polis tərəfindən öldürülüb. Sonradan etirazçıların Finiks məscidini ziyarət edəcəyindən hakimiyyətin xəbərdar olduğu ortaya çıxıb. 

Bu arada "İslam dininə azadlıq" şüarını dəstəkləyənlər də cavab aksiyası keçiriblər. Polis iki qrup arasında kordon yaradıb. Finiksin müsəlman icmasının liderləri inanclı insanları təxribatlara uymamağa çağırıb. 


Əlaqədar

İslam peyğəmbərini təhqir edən karikaturaçı işindən ayrıldı

Əsas mövzular