02:35 28 İyun 2017
Canlı yayım
Smartfonlar

İnkişafda olan bazarlar birinci rübdə smartfonların satışını artırıb

re-actor.net
XƏBƏRLƏR
Qısa URL
4 0 0

"Gartner” analitik şirkətinin məlumatına görə, 2015-ci ilin birinci rübündə dünyada smartfonların son istifadəçilərə satışı natural ifadədə 19,3 faiz artaraq 336 milyon ədədə çatıb.

BAKI, 29 may — Sputnik. "Gartner” analitik şirkətinin məlumatına görə, 2015-ci ilin birinci rübündə dünyada smartfonların son istifadəçilərə satışı natural ifadədə 19,3 faiz artaraq 336 milyon ədədə çatıb.

Artıma Çin istisna olmaqla inkişaf etməkdə olan bazarlarda smartfonlara yüksək tələbat xidmət edib. Asiya-Sakit okean, Şərqi Avropa, Yaxın Şərq və Şimali Afrika ölkələrində ötən rübdə artım tempi 40 faiz təşkil edib.

İnkişaf etməkdə olan bazarlarda rəqabətdə qalib yerli brendlər və Çin istehsalçıları olub: yanvar-martda onlarda smartfonların satışı orta hesabla 73 faiz yüksəlib, ümumi bazar payı 38 faizdən 47 faizədək artıb.

Bununla yanaşı, “Apple” şirkəti xüsusilə Çində nəzərəçarpacaq nəticələr nümayiş etdirib. Burada “iPhone” satışları 72,5 faiz artıb ki, bu da şirkətə “Xiaomi” şirkətini üstələməyə və ilk dəfə Çində smartfonların satışı üzrə lider olmağa imkan verib. Hazırda Çin “Apple” üçün ən böyük satış bazarı hesab olunur. Ekspertlər qeyd edir ki, bu ölkədə satış həcmi Şimali Amerikadan çoxdur.

Tədqiqatda qeyd olunan rəqəmlərə görə, ötən rübdə dünya istehlakçıları 81,1 milyon “Samsung” smartfonu və 60,1 milyon “Apple” smartfonu aldığı halda bir il əvvəl göstərici müvafiq olaraq 85,5 və 43 milyon qurğu səviyyəsində olub. Şirkətlərin bazar payı müvafiq olaraq 24,2 və 17,9 faiz təşkil edib. 2014-cü ilin yanvar-martında bu göstərici 30,4 və 15,3 faizə bərabər olub.

“Samsung” şirkətinin satışları illik hesablamada azalsa da, ekspertlər rüblük dinamikanın yaxşılaşmasını bildirirlər. Belə ki, ötən rübə nisbətdə tələbat 11 faiz artıb. Cənubi Koreya istehsalçısının yeni qabaqcıl "Galaxy S6” və “Galaxy Alpha” modellərinin bazara çıxması ilə azalma tempinin aşağı düşəcəyi gözlənilir.

Smartfonların satış həcminə görə nəhəng istehsalçılar sırasına analitiklər "Lenovo”, “Huawei” və “LG Electronics” şirkətlərini də daxil ediblər. Ötən rübdə bu şirkətlər müvafiq olaraq 18,9, 18,1 və 15,4 milyon qurğu satıblar. Bunu nəzərə alaraq onların payı müvafiq olaraq 5,6, 5,4 və 4,6 faiz təşkil edib.

Əməliyyat sistemləri baxımından smartfonlar bazarında liderlik “Android” sisteminə məxsusdur, lakin platformanın payı 1,9 faiz — 78,9 faizədək azalıb. Yaxın izləyici “iOS”, əksinə, ardıcıl olaraq üç rübdür artım nümayiş etdirir. Ötən rübdə ABŞ istehsalçısının bazar payı 17,9 faiz olub (+2,6 faiz bənd).

Həmçinin qeyd olunur ki, “Windows” mobil əməliyyat sisteminin payı zəif olaraq qalır: yanvar-martda satılan smartfonların yalnız 2,5 faizi (8,3 milyon ədəd) bu sistemin idarəetməsi ilə işləyib. Lakin “Blackberry” sisteminin nəticələri daha aşağı — 1,3 milyon qurğu və ya 0,4 faiz olub. 

Teqlər:
nəhəng istehsalçılar, əməliyyat sistemləri, satış həcmi, göstərici, dinamika, smartfon, Huawei, Lenovo, LG Electronics, iPhone, Gartner, Xiaomi, Apple, Asiya-Sakit okean, Yaxın Şərq, Şərqi Avropa, Şimali Afrika, Şimali Amerika, Çin

Əsas mövzular