08:18 14 Dekabr 2017
Canlı yayım
XƏBƏRLƏR

Ermənistan ordusunun kürd əsilli əsgəri ölüb

XƏBƏRLƏR
Qısa URL
501

Andiçmə mərasimindən az sonra vəziyyəti pisləşən əsgər xərçəng xəstəsi imiş

BAKI, 29 may – Sputnik. Ermənistan ordusunun əsgəri, milliyyətcə yezdi kürdü olan Xdr Saroyan ölüb. Sputnik “news.am” saytına istinadən xəbər verir ki, gənc əsgərin ölümünə səbəb xərçəng xəstəliyi olub.

Saroyan İrəvan Dövlət Universitetinin İlahiyyat fakültəsinin birinci kurs tələbəsi olub. 

Ararat vilayətinin Noramarq kəndinin icra nümayəndəsi bildirib ki, Saroyan yanvarın 12-də hərbi xidmətə çağırılıb. Andiçmə mərasimindən az sonra vəziyyəti pisləşən əsgər bir müddət xəstəxanada yatıb. Hərbi xidmətə çağırılanadək onun xəstəliyi haqqında heç kim bilməyib.

İcra nümayəndəsi bildirib ki, Saroyan ailənin yeganə oğlan uşağı olub.

 

Əsas mövzular