19:00 24 Noyabr 2017
Canlı yayım
Müxalifət liderləri

Müxalif partiyalar Milli Şuranın aksiyasına qarşıdır

Abbas Atilay
XƏBƏRLƏR
Qısa URL
46 0 0

Onlar Birinci Avropa Oyunları ərəfəsində ölkədə kütləvi aksiyaların keçirilməsini məqsədəuyğun hesab etmirlər.

BAKI, 29 may — Sputnik. Azərbaycanda fəaliyyət göstərən bir neçə müxalifət partiyası Birinci Avropa Oyunları ərəfəsində ölkədə kütləvi aksiyaların keçirilməsini məqsədəuyğun hesab etmir.

Azərbaycan Kommunist Partiyasının (AKP) sədri Rauf Qurbanov Sputnik-ə bildirib ki, Birinci Avropa Oyunları kimi beynəlxalq səviyyəli tədbir ərəfəsində müxalifətin  belə bir aksiya keçirməsini düşmən dəyirmanına su tökmək hesab edir. “Biz dünyanın gözü Azərbaycanda olduğu bir vaxtda ölkənin mənafeyinə zərbə vuracaq addımlardan uzaq olmalıyıq. Milli mənsubiyyətindən və əqidəsindən asılı olmayaraq həmrəylik nümayiş etdirib Birinci Avropa Oyunlarının yüksək səviyyədə keçirilməsinə nail olmalıyıq.” – deyən Qurbanov onu da əlavə edib ki, belə bir  beynəlxalq səviyyəli tədbir ərəfəsində hər hansı formada etiraz aksiyası keçirib ölkəni gözdən salmaq yolverilməzdir. Cəmiyyətin narazı qüvvələrinin emosiyaları ilə oynayıb ajiotaj yaratmaqdan, milli maraqlara ziyan vurmaqdan uzaq olmaq lazımdır. Aydınlar Partiyası da I Avropa oyunları ərəfəsində etiraz aksiyasının keçirilməsini məqsədəuyğun hesab etmir. Aydınlar Partiyası sədrinin birinci müavini Qorxmaz İbrahimli Sputnik-ə deyib ki, I Avropa Oyunları ərəfəsində ölkənin imicinə ziyan vuracaq hərəkətlərə yol verilməməlidir. “Düzdür, kütləvi etiraz aksiyası keçirmək hər bir vətəndaşın və birliyin konstitusion hüququdur. Ancaq belə mötəbər oyunlar ərəfəsində ölkənin maraqlarına zidd hərəkətlərə yol vermək nə müxalifətçiliyə, nə də mədəniyyətə sığan hərəkətdir. Bu, özünü ana müxalifət hesab edən, ölkənin məsuliyyətini üzərinə götürmək istəyən Milli Şuraya yaraşan hərəkət deyil. Ona görə də aksiyanın keçirilməsini düzgün addım saymıram. Azərbaycan səhvləri ilə birlikdə I Avropa Oyunlarına  hazırlaşıb və biz də bu işdə yardımçı olmalıyıq.” – deyə İbrahimli əlavə edib.

Azərbaycan Milli İstiqlal Partiyası (AMİP) də hazırda kütləvi aksiyaların keçirilməsini məqsədəuyğun hesab etməyən partiyalar sıasındadır. AMİP sədri Yusif Bağırzadə Sputnik-ə deyib ki, onun partiyası Milli Şuranın mayın 30-da keçirməyi planlaşdırdığı aksiyada iştirak etmək niyyətində deyil, indiki məqamda onu məqsədə uyğun hesab etmir. Bağırzadənin fikrincə, bu gün sözügedən kütləvi aksiyanı keçirmək üçün cəmiyyət tərəfindən sosial sifariş yoxdur. 

Milli Şura mayın 30-da Yasamal  rayonu ərazisindəki “Məhsul” stadionunda aksiya keçirməyi planlaşdırıb.


Əsas mövzular