12:07 14 Dekabr 2017
Canlı yayım
XƏBƏRLƏR

Fransa Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı öhdəliyə sadiqdir

XƏBƏRLƏR
Qısa URL
401

Fransa prezidenti Fransua Olland deyib ki, Avropa İttifaqı ilə Azərbaycan arasındakı münasibətlərin davam etdirilməsi və möhkəmləndirilməsinin tərəfdarıdır.

BAKI, 29 may – Sputnik. “Uzun müddətdir davam edən və Qafqaz regionunun inkişafına mane olan Dağlıq Qarabağ münaqişəsinin sülh və danışıqlar yolu ilə həlli istiqamətində Minsk qrupunun həmsədri kimi Fransanın üzərinə götürdüyü öhdəliyə bundan sonra da sadiq qalacağına əmin ola bilərsiniz.”

Bunu Fransa prezidenti Fransua Olland Azərbaycan prezidenti İlham Əliyevə 28 May – Respublika Günü münasibətilə yolladığı təbrik məktubunda qeyd edib.

Sputnik Azərtac-a istinadən xəbər verir ki, Olland öz təbrik məktubunda Azərbaycan xalqına sülh, tərəqqi və əmin-amanlıq arzulayıb. Aprelin 25-də Bakıya səfəri zamanı göstərilən qonaqpərvərliyə görə bir daha təşəkkür edib.  

“Son illər ölkələrimiz arasında etimad və dostluğa əsaslanan əməkdaşlığın daha da möhkəmlənməsi məni çox sevindirir. Qarşılıqlı tərəfdaşlığımızın daha da inkişaf etməsini və şaxələnməsini arzu edirəm. Mənim ölkənizə son səfərim çərçivəsində əsas prinsiplərini razılaşdırdığımız Azərbaycan-Fransız Universiteti hər iki ölkənin gənclərinə verəcəyi bəhrəyə görə çox vacibdir.” – Fransa prezidentinin məktubunda deyilir. 

Ollan həmçinin vurğulayıb ki, Şərq Tərəfdaşlığının Riqa Sammitində də qeyd etdiyi kimi, Avropa İttifaqı ilə Azərbaycan arasındakı münasibətlərin hər bir tərəfdaşa qarşılıqlı hörmət əsasında davam etdirilməsinin və möhkəmləndirilməsinin tərəfdarıdır. Bu baxımdan strateji tərəfdaşlığı modernləşdirmək məqsədi daşıyan danışıqlara tez bir zamanda nail olunmasını arzu edir.


Əsas mövzular