15:46 17 Dekabr 2017
Canlı yayım
İctimai televiziya

İTV-nin Yayım Şurasının tərkibi dəyişib

axar.az
XƏBƏRLƏR
Qısa URL
1301

Milli Məclis Vüqar Zeynalov, Mirhəsən Seyidov və Sevil Yusifovanı Şuranın yeni üzvləri kimi təsdiq edib.

BAKI, 29 may – Sputnik. Milli Məclis bu gün İctimai Televiziya və Radio Yayımları Şirkəti Yayım Şurasının tərkibində dəyişikliklər edib.

Sputnik-in xəbərinə görə, dəyişiklik barədə çıxış edən Milli Məclisin Mədəniyyət Komitəsinin sədri Nizami Cəfərov bildirib ki, İctimai Televiziya və Radio Yayımları Şirkəti Yayım Şurasının üzvlüyünə Sahibkarlar Şurası tərəfindən Azərbaycan Respublikası Sahibkarlar Təşkilatları Milli Konfederasiyasının vitse-prezidenti Vüqar Zeynalovun, NEURON TECNOLOGİES MMC-nin baş direktoru İsmayıl Ələkbərovun, gənclər təşkilatları tərəfindən “İrəli” İctimai Birliyinin sədri Mirhəsən Seyidovun, “Sağlam gəncliyə doğru” İctimai Birliyinin sədri Turqay Həsənquliyevin, qadın cəmiyyətləri tərəfindən Azərbaycan Jurnalist Qadınlar Assosiasiyasının rəhbəri Sevil Yusifovanın və “Qadın Liderliyi Uğrunda” İctimai Birliyinin sədri Ülkər Abdullayevanın namizədlikləri irəli sürülüb.

Sonra Milli Məclis namizədliyi irəli sürülən şəxslərdən – Vüqar Zeynalovu, Mirhəsən Seyidovu və Sevil Yusifovanı Şuranın yeni üzvləri kimi təsdiq edib. 


Əsas mövzular