02:57 18 Noyabr 2017
Canlı yayım
Dayə

Azərbaycana xaricdən dayələr gətirilir

homepersonnel.az
XƏBƏRLƏR
Qısa URL
5 0 0

Deputat Tahir Rzayev deyib ki, ailələrə xaricdən dayə gətirtmək qadağan edilməlidir.

BAKI, 29 may-Sputnik. Deputat Tahir Rzayev Milli Məclisin bu gün keçirilən plenar iclasında Azərbaycanda bir çox ailələrin xaricdən övladlarına dayə gətirməsinə etiraz edib.

Sputnik xəbər verir ki, o, bunu Cinayət Məcəlləsinə (CM) edilən dəyişiklə bağlı mövqeyini açıqlayarkən deyib. Rzayev CM-da yetkinlik yaşına çatmayan uşaqlara yönəlik zorakılıq hallarına qarşı cəzaların sərtləşdirilməsinin tərafdarı olduğunu açıqlayıb. 

Deputat eyni zamanda, gələcəkdə xaricdən övladlarının tərbiyə edilməsi üçün dayə gətizdirən valideynlərə qarşı cəzalar tətbiq edilməsi təklifini də irəli sürüb: “Bu gün Azərbaycana Flippindən, İngiltərədən, Koreyadan və digər ölkələrdən dayələr gətirilir. Bu dayələr də həmin uşaqlara öz mədəniyyətlərini və dillərini təbliğ edirlər. Hətta onlar baxdıqları uşaqlara Azərbaycan dilində danışmağı qadağan edirlər. Bu isə bizim milli- mənəvi dəyələrimizə ziddir və həmin uşaqlar böyüyəndə öz ana dillərində danışa bilmirlər. Odur ki, bu, olduqca təhlükəli tendensiyanın qarşısı vaxtında alınmalıdır”.


Əsas mövzular