02:16 24 İyun 2017
Canlı yayım
AzMeCo şirkəti

İş adamı Nizami Piriyev həbsdən azad olunmasına aydınlıq gətirdi

youtube.com
XƏBƏRLƏR
Qısa URL
1301

İstintaq dövründə kredit borclarımın bir hissəsini ödəmişəm, eləcə də, kredit borclarımın digər hissəsinin ödənilməsi ilə bağlı Azərbaycan Beynəlxalq Bankı ilə razılıq əldə etmişəm, deyə biznesen bildirib.

BAKI, 29 may — Sputnik. "AzMeCo" şirkətinə məxsus metanol zavodu İyun ayının əvvəlindən fəaliyyətini bərpa edəcək.

"AzMeCo" şirkətinin PR meneceri Fuad Hətəmov APA-ya bildirib ki, bu haqda şirkətin Direktorlar Şurasının Sədri Nizami Piriyev məlumat verib.

Piriyev bildirib ki, rəhbəri olduğu Azərbaycan Metanol Zavodunun tikintisi və fəaliyyət göstərməsi ilə bağlı Azərbaycan Beynəlxalq Bankından götürdüyü kredit vəsaitləri üzrə ödəmələrin gecikdirdiyi üçün başlanmış cinayət işi üzrə 8 may 2015-ci il tarixdə həbs edilib.

"İstintaq dövründə kredit borclarımın bir hissəsini ödəmişəm, eləcə də, kredit borclarımın digər hissəsinin ödənilməsi ilə bağlı Azərbaycan Beynəlxalq Bankı ilə razılıq əldə etmişəm. Ona görə də haqqımda seçilmiş həbs qətimkan tədbirinin ləğv edilməsi barədə müraciətimə müvafiq qaydada Bakı şəhəri Nərimanov Rayon Məhkəməsində baxılaraq barəmdə seçilmiş həbs qəti imkan tədbiri 28 may 2015-ci il tarixli qərarla ləğv edildi.

Hazırda Azərbaycan Metanol Zavodunun işinə rəhbərlik etməkdə davam edirəm. Həbsdən azad olunmağımla bağlı son günlər mətbuata verilmiş informasiyalar həqiqəti əks etdirmir. Ona görə də mən bunları kimlərinsə yaranmış şəraitdən sui-istifadə edərək cəmiyyətdə özlərinə “nüfuz” toplamağa cəhd göstərməsi kimi dəyərləndirirəm”, — deyə Piriyev bildirib.

Əlaqədar

Hacı İbrahim Nehrəmli: Kreditimi bağlayıb, sərbəst buraxılmışam
Nehrəmli oliqarx milyonluq avtomobilini satışa qoydu

Əsas mövzular