03:02 18 Noyabr 2017
Canlı yayım
Martin Şults

Deputat: Martin Şults öz dəyərlərinə xəyanət edir

cont.ws
XƏBƏRLƏR
Qısa URL
1301

YAP-çı deputat Səyavuş Novruzov əmindir ki, Azərbaycanın iqtisadi inkişafı, tərəqqisi bəzi qüvvələri hər zaman olduğu kimi indi də narahat edir.

BAKI, 29 may — Sputnik. Azərbaycanın iqtisadi inkişafı, tərəqqisi bəzi qüvvələri hər zaman olduğu kimi indi də narahat edir.

Sputnik xəbər verir ki, bu fikri YAP-çı millət vəkili Səyavuş Novruzov deyib.

Onun sözlərinə görə, son dövrlərdə Avropa Parlamentinin ayrı-ayrı siyasi qrupları və deputatları Azərbaycanla əlaqəli müxtəlif bəyənatlar verib qərarlar qəbul edirlər: “Avropa Parlamentinin sədri Martin Şults isə dəfələrlə deyirdi ki, bu kimi bəyanatlara əhəmiyyət verməyin. Lakin baş verənlər Martin Şultsın özünün maskasının cırılmasını göstərir.”

Millət vəkili əlavə edib ki, Riqa sammitindən əvvəl və sonra Azərbaycanla bağlı həqiqətə uyğun olmayan məlumatlar səsləndirilib: “Misal üçün, iyunun 12-də Bakıda I Avropa Oyunlarının açılış mərasimi keçiriləcək, amma ayın 10-da Şults dünyada görünməmiş ad altında “İdman və insan hüquqları” tədbir keçirəcək. Hətta tədbirdə müxtəlif yerlərdən, eləcə də Azərbaycandan onlara qulluq edən insanları dəvət ediblər ki, dinləmələr keçirsinlər. İndi görün ki, həmin insanların xisləti nədən ibarətdir. Budur onların Avropa dəyəri? Avropanın fundamental dəyərləri kənarda qalır, Şults isə milli və dini ayrıseçkiliklə məşğul olur”.

Novruzov qeyd edib ki, Rusiyada keçirilən tədbirlərdən birində Ukraynanın müstəqilliyini tanımayan Şults Ermənistanda demokratiyanın çiçəklənmə dövrünün yaşandığını deyib: “Şults insan hüquqlarını belə çox müdafiə edirsə, o zaman ilk növbədə Azərbaycan torpaqlarının Ermənistan tərəfindən işğalından sonra 1 milyondan çox qaçqın düşən və Xocalıda qətlə yetirilən insanların hüquqlarını müdafiə etsin. Bütün bu məsələləri Avropa Parlamentinin iclasında müzakirəyə çıxara bilər. Bax onda Şultsun ədalətli müdafiəçi olduğuna bəlkə inana bildik. Lakin gördüklərimiz ikiüzlülük və satqınlıqdan başqa bir şey deyil”.

Azərbaycana bu cür Avropa dəyərlərinin lazım olmadığını deyən deputat əlavə edib ki, Şults partiya dəyərlərinə xəyanət edir: “Əslində o, sosial-demokratdır. Bir daha xatırladım ki, Azərbaycanda keçiriləcək I Avropa Oyunları çox yüksək səviyyədə baş tutacaq və onların niyyətləri bir daha baş tutmayacaq”.

Əsas mövzular