19:33 23 İyun 2017
Canlı yayım
XƏBƏRLƏR

Deputatlar parlamentdə Milli Şuranı ittiham etdilər

XƏBƏRLƏR
Qısa URL
15 0 0

Qüdrət Həsənquliyev və Zahid Oruc müxalifəti sosial mediada insanları təhqir etməkdə günahlandırdı

BAKI, 29 may — Sputnik. “Mitinqə qatılmaq istəməyən insanları təhqir edirlər. Onları qorxaqlıqda ittiham edirlər. Belə olmaz. Bu bir şantajdır. Bu adamlar bəyan edirlər ki, biz azərbaycanlı olduğumuza görə utanırıq. Əvvəla, onlar özləri üçün utana bilərlər.”

Sputnik xəbər verir ki, parlamentin bugünkü plenar iclasında millət vəkili, BAXCP sədri Qüdrət Həsənquliyev Milli Şuranın mayın 30-na təyin etdiyi mitinqlə bağlı mövqeyini açıqlayarkən belə deyib. O, öz çıxışında Milli Şura sədri Cəmil Həsənlinin və AXCP sədri Əli Kərimlinin ünvanına ittihamlar səsləndirib. 

Həsənquliyev Milli Şura sədri Cəmil Həsənlini tənqid edərək deyib: ”O, dəfələrlə bizimlə bərabər Heydər Əliyevin məzarını ziyarət edib. Onun yazdığı kitablarla da tanışıq. Onun bir kitabı xarici işlər naziri Elmar Məmmdəyarovun, digər kitabı isə XİN müavini Hafiz Paşayevin maliyyə dəstəyilə çap olunub. O zamanlar Heydər Əliyevin məzarını ziyarət edir və hakimiyyətin siyasətini təqdir edirdisə, deputat seçilmədikdən sonra ağlına və ağzına gələni danışmağa başlayıb”. 

BAXCP sədri Milli Şura rəhbərliyini insanları təhqir etdiyinə görə qınayıb: “AXC hakimiyyətində Əli Kərimli icra strukturlarını kurasiya edirdi. Lakin Gəncə hadisələrində Surət Hüseynovun etdiklərini hamı gördü. İndi belə insanlara niyə etimad göstərilməlidir ki? İnsanları təhqir edirlər ki, qorxaqsınız, qürurunuzu qoruyun və s. Bir özünüzə baxın sonra danışın!”

Millət vəkili Zahid Oruc da müxalifətin aksiyası barədə deyib ki, onların yanğısı millət yanğısı yox, başqa bir yanğıdır. “Onların məqsədi bəllidir! Millətin halına deyil, oz hallarına yanırlar. Hazırda sosail medianı müxalifətin cəmiyyətə ünvanlanan hədə və təhdid dolu çıxışları dağıdır. Deyirlər ki, aksiyalara indi çıxmayacaqsınızsa nə zaman çıxacaqsınız?!” – deyə Oruc bildirib.

Oruc 2013-cü ildə keçirilən prezident seçkiləri zamanı teledebatda Cəmil Həsənliyə dediklərini bir daha xatırladıb: “Hətta Cəmil Həsənliyə teledebatda dedim ki, siz nekroloq komitəsisiniz. Siz faciələr üzərindən hakimiyyət uğrunda mübarizə aparırsınız.”


Əsas mövzular