02:55 18 Noyabr 2017
Canlı yayım
Bakıda yanan bina

Binəqədidəki bina yanğınının parlamentdə müzakirəsi təklif olundu

sputnik.az
XƏBƏRLƏR
Qısa URL
301

Millət vəkili mayın 19-da Bakının Binqədi rayonunda çoxsaylı insan tələfatı ilə nəticələnən binadakı yanğın hadisəsini parlamentdə müzakirə edilməsini təklif edib.

BAKI, 29 may — Sputnik. Millət vəkili mayın 19-da Bakının Binqədi rayonunda çoxsaylı insan tələfatı ilə nəticələnən binadakı yanğın hadisəsini parlamentdə müzakirə edilməsini təklif edib.

Sputnik xəbər verir ki, parlamentin bu gün keçirilən iclasında çıxış edən deputat Sabir Rüstəmxanlı bildirdi ki, iclaslarda hər şeyin üzərindən ötəri keçib gedilir.

“Bəlkə kiminsə sözü var? Kim təkid edirsə, danışmağa şərait yaradın. Bəzən yığıncaqlarda lazım olmadığı halda yarım saat müzakirələr gedir. Bu yaxınlarda ölkənin həyatında hamını narahat edən, hamını içindən ağrıdan və sındıran çox ciddi bir hadisə baş verib. Bu qədər vəsait xərclənib. Kimsə qazanır, varlanır, sonra da camaatı atır odun içinə. Nə üçün bu, Milli Məclisdə müzakirə olunmur? Hesab edirəm ki, bu məsələ müzakirə olunmalıdır. Sabah deyəcəklər ki, deputatlar oturublar, özləri o işin iştirakçılarıdır. Hesab edirəm ki, məsələ ilə bağlı kimin sözü var idisə deməlidir”, deyə Rüstəmxanlı bəyan edib.

Əlaqədar

Deputat: Yanğınla bağlı daha yüksək vəzifəli məmurlar həbs olunmalıdır
İngrid Binəqədidəki yanğın yerinə gül dəstəsi gətirdi
Son yanğınlarla bağlı daha 4 nəfər həbs edildi
Yanan bina sakinlərinə kompensasiya bu gün veriləcək

Əsas mövzular