08:37 18 Noyabr 2017
Canlı yayım
Çay

Azərbaycan çaylarında suyun səviyyəsi azalıb

komanda-k.ru
XƏBƏRLƏR
Qısa URL
401

Sululuq Quba-Xaçmaz bölgəsi çaylarında ongünlük normanın 60-90, Kiçik Qafqazın çaylarında 50-100, Lənkəran-Astara bölgəsi çaylarında 20-50, Naxçıvan MR çaylarında isə 10 %-ni təşkil edir.

BAKI, 29 may – Sputnik. Hazırda Böyük Qafqazın Quba-Xaçmaz bölgəsi çaylarında sululuq ongünlük normanın 60-90, Kiçik Qafqazın çaylarında 50-100, Lənkəran-Astara bölgəsi çaylarında 20-50, Naxçıvan MR çaylarında isə 10 faizini təşkil edir. 

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Sputnik-ə verilən məlumaya görə, mayın 29-da Kür çayının Qıraqkəsəmən məntəqəsində suyun səviyyəsində 12 sm azalma müşahidə olunub. Hazırda məntəqədə su sərfi 432 m3/s olmaqla ongünlük normanın 62 faizini təşkil edir. 2014-cü ildə isə bu rəqəm 447 m3/s olmaqla ongünlük normanın 64 faizini təşkil edib.  

Qanıx çayının Əyriçay məntəqəsində suyun səviyyəsində 1 sm azalma müşahidə olunub. Hazırda məntəqədə su sərfi 146 m3/s olmaqla, ongünlük normanın 73 faizini təşkil edir. 2014-cü ildə isə bu göstərici 134 m3/s təşkil edərək ongünlük normanın 67 faizinə bərabər olub.

Mayın 29-da Kür çayının aşağı axınında suyun səviyyəsində əsasən azalma müşahidə olunub. Belə ki, Kür çayının Şirvan məntəqəsində 22, Salyanda və Araz çayının Novruzlu məntəqəsində 10, Bankədə 6 sm azalma, Surrada isə 2 sm artım qeydə alınıb. 

Hazırda Surra məntəqəsində suyun səviyyəsi 324 sm (2014-cü il mayın 29-da 302 sm), Şirvanda 173 sm (2014-cü il mayın 29-da 145 sm), Salyanda 135 sm (2014-cü il mayın 29-da 76 sm), Bankədə 175 sm (2014-cü il mayın 29-da 196 sm), Araz çayının Novruzlu məntəqəsində isə 80 sm (2014-cü il mayın 29-da 35 sm) təşkil edir.


Əsas mövzular