16:13 15 Dekabr 2017
Canlı yayım
Президент РФ В.Путин провел заседание попечительского совета МГУ имени М.В.Ломоносова

FIFA əməliyyatının arxasında ABŞ-ın əli var

© Sputnik / Сергей Гунеев
XƏBƏRLƏR
Qısa URL
FIFA ətrafında qalmaqal (12)
1301

Rusiya prezidenti Vladimir Putin ABŞ-ın başçılığı ilə FIFA əleyhinə keçirilən "rüşvət əməliyyatının düşündürücü" olduğunu bildirib.

BAKI, 29 may – Sputnik. Rusiya prezidenti Vladimir Putin ABŞ-ın başçılığı ilə FIFA əleyhinə keçirilən "rüşvət əməliyyatının düşündürücü" olduğunu bildirib.

Putin, bu istintaqın Zepp Blatterin yenidən FIFA prezidenti seçilməsini əngəlləmək üçün təşkil edildiyini deyib.

“Bu, açıq şəkildə öz səlahiyyət sahəsini başqa ölkələrə yayma cəhdidir. Heç şübhə yoxdur ki, cənab Blatterin yenidən FIFA rəhbəri seçilməsini istəmədikləri üçün bu oyun qurulub”, deyə Putin qeyd edib. 

Dünya futbolunun idarəetmə orqanı olan olan FİFA, qurumun rəhbəri Zepp Blatterin rüşvət skandalı ilə əlaqəsi olmadığını vurğulayıb.

İsveçrə polisi, ABŞ Ədliyyə Nazirliyinin ortaya atdığı iddiaları aydınlaşdırmaq üçün, mayın 27-də FIFA-nın əməkdaşlarına qarşı əməliyyat keçirmişdi. İddiaya görə, 2018 və 2022-ci illər Futbol üzrə dünya kubokuna ev sahibi ölkəni təyin etmə prosesində külli miqdarda rüşvət alınıb. 

Məsələ ilə bağlı aralarında qurumun vitse prezidenti də olmaqla 14 nəfər yüksək vəzifəli şəxs həbs olunmuşdu.


Mövzu:
FIFA ətrafında qalmaqal (12)

Əlaqədar

UEFA rəhbərliyi FIFA konqresinin təxirə salınmasını tələb edir
FIFA: Dünya Kubokunun qrafikində dəyişiklik olmayacaq
FIFA-da rüşvət skandalı, prezident həbs oluna bilər

Əsas mövzular