17:17 14 Dekabr 2017
Canlı yayım
Məmməd Əmin Rəsulzadə

Rəsulzadənin büstünü çuvala salmaq düşmənçilikdir

myvideo.az
XƏBƏRLƏR
Qısa URL
1501

Azərbaycan Demokratik Cümhuriyyətinin qurucusu Məmməd Əmin Rəsulzadınin başına keçirirlən çuvalı Amerika əsgərlərinin İraqda türk əsgərinin başına keçrilən çuvalla eyniləşdirmək olar.

BAKI, 29 may — Sputnik. Azərbaycan Demokratik Cümhuriyyətinin qurucusu Məmməd Əmin Rəsulzadınin başına keçirirlən çuvalı Amerika əsgərlərinin İraqda türk əsgərinin  başına keçrilən çuvalla eyniləşdirmək olar.

Sputnik xəbər verir ki, bunu millət vəkili Sabir Rüstəmxanlı bu gün parlamentin plenar iclasında çıxışında deyib.

Onun sözlərinə görə, 4 ildir ki, Gəncədə ADR qurucusu M. Ə. Rəsulzadənin büstü çuvala salınıb və oradan çıxarılmır: “Nədən icra başçıları zərrə qədər özlərində məsuliyyət hiss etmirlər? Gəncədə onun əzəmətli bir heykəli olmalıdır. Ancaq biz bunun əksinin şahidi oluruq. Bir büstü var və onun da başına çuval keçirmək düşmənçilikdir. Bu, amerikalıların İraqda türk əsgərinin başına çuval keçirməsini xatırladır. Dolayısı ilə millətimizə həqarət edən bir məsələdir. Bu bizim tariximizə, burada oturan hər bir şəxsə hörmətsizlikdir. Gəncə icra başçısı Rəsulzadəni düşmən elan edibsə, desin bizdə bilək. Düşmən elan etməyibsə, gedib o çuvalı çıxarsın tarixi şəxsiyyətin başından. Ayıbdır. Bu millətimizin tarixinə və müstəqilliyinin başına çuval keçirməkdir.”

Əsas mövzular