08:18 14 Dekabr 2017
Canlı yayım
XƏBƏRLƏR

Sabir Rüstəmxanalının parlamentdəki çıxışı qalmaqala səbəb oldu

XƏBƏRLƏR
Qısa URL
22 0 0

Millət vəkili Sabir Rüstəmxanlının bu günkü iclasda qaldırdığı məsələlər parlament rəhbərliyi tərəfindən ciddi etirazla qarşılanıb.

BAKI, 29 may — Sputnik. Millət vəkili Sabir Rüstəmxanalının parlamentdəki çıxışı qalmaqala səbəb olub.

Milli Məclisin bu gün keçirilən iclasında Rüstəmxanlının mayın 19-da yanan bina və ondan sonrakı yaranmış vəziyyətin Milli Məclisdə müzakirə olunması təklifi, eyni zamanda Məmməd Əmin Rəsulzadəyə edilən hörmətsizliklə bağlı səsləndirdiyi fikirlər parlament rəhbərliyi tərəfiondən ciddi etirazla qarşılanıb.

Parlamentin sədri Oqtay Əsədov Rüstəmxanlının fikrinə etriaz edib: "Sizdə parlamentin gedişinə müdaxilə etmək ənənəsi yaranıb. Mən əvvəlcə müraciət etdim ki, müzakirəyə ehtiyac var, ya yox. O zaman siz bir reaksiya vermədiniz və mən verən təkliflə razı oldunuz. Mən sizə bir ziyalı kimi hörmət edirəm, amm siz hər dəfə işin gedişinə bir qulp qoyursunuz."

Rüstəmxanlı Əsədovun bu fikrinə öz kəskin etirazını bildirsə də, ona söz demək üçün imkan verilməyib və o etirazını yerindən bildirməli olub.

Əsədov isə fikrini davam etdirib: "Mən sizə mədəniyyət nümaiyş etdirərək prosesə qulp qoymamağa çağırdım. Amma siz hər dəfə qulp qoyursunuz. İstəsəniz stenoqramı qaldırıb baxa bilərik və bununla bağlı sizinlə söhbət edərəm. Odur ki, danışığınıza fikir verin. Mən hörmət etsəm də, buna fikir vermirsiniz. Belə olmaz. Bitdi. Hamı hamını yaxşı tanıyır və belə danışıqlara ehtiyac yoxdur.”

Əsas mövzular