21:29 25 İyun 2017
Canlı yayım
Milli Məclis

Bu gün 4-cü çağırış Milli Məclisin son iclası keçirilir

meclis.gov.az
XƏBƏRLƏR
Qısa URL
50 0 0

Milli Məclisin Nizamnaməsinə uyğun olaraq yaz sessiyası mayın 31-də başa çatır, payız sessiyası isə oktyabr ayının 1-də başlayır.

BAKI, 29 may — Sputnik. Bu gün 4-cü çağırış Milli Məclisin son iclası keçirilir.

Sputnik xəbər verir ki, qanunvericiliyə uyğun olaraq bu gün yaz sessiyasının son plenar iclası olmaqla yanaşı, 4-cü çağırış Milli Məclisin sonuncu iclasıdır.

Milli Məclisin Nizamnaməsinə uyğun olaraq yaz sessiyası mayın 31-də başa çatır, payız sessiyası isə oktyabr ayının 1-də başlayır. Parlament seçkiləri isə hər 5 ildən bir il olmaqla, noyabr ayının ilk bazar günüdə keçirilir. Biu ildə növbəti parlament seçkiləri  noyabr ayının əvvəlinə düşür. Payız sessiyası da oktyabr ayında olacağından həmıən müddət deputatlığa namizədlərin təbliğat-təşvqat kampaniyası dövrünə düşdüyündən parlamentin yeni tərkibinin ilk iclası noyabrın sonu dekabr ayının əvvəlində keçirləcəyi gözlənilir.

Son iclasın gündəliyinə 18 məsələ daxil edilirb. Parlamentarilər bu gün  İTV-nin Yayım Şurasının tərkibində dəyişikliklər edilməsi; Azərbaycanın 2014-cü il dövlət büdcəsinin icrası haqqında; Türkiyə, Pakistan arasında sənədlərin ratifikiasiyası;  "Yol hərəkəti haqqında"; "Ölkədən getmək, ölkəyə gəlmək və pasportlar haqqında"; "Pasportlar haqqında"; Miqrasiya Məcəlləsin, Cinayət Məcəlləsinə; İnzibati Xətalar Məcəlləsinə; "Hərbi vəzifə və hərbi xidmət haqqında"; "Avtomobil nəqliyyatı haqqında"  və digər məsələlərə baxacaqlar.

 

 

 

Əsas mövzular