22:15 12 Dekabr 2017
Canlı yayım
Milli Məclis

Yetkinlik yaşına çatmayanlara qarşı zorakılığa görə cəza sərtləşir

© Sputnik / Murad Orujov
XƏBƏRLƏR
Qısa URL
1401

Azərbaycanda yetkinlik yaşına çatmayanlara qarşı cinsi zorakılığa görə cəzalar sərtləşdirlir.

BAKI, 29 may — Sputnik. Azərbaycanda yetkinlik yaşına çatmayanlara qarşı cinsi zorakılığa görə cəzalar sərtləşdirlir.

Bu barədə Sputnik-ə Milli Məclisdən məlkumat verilrib.  Milli Məclisin bu gün keçiriləcək pelanr iclasında adı çəkilən məsələ ilə bağlı Cinayət Məcəlləsinə dəyişikliklər müzakirə olunacaq.

Yetkinlik yaşına çatmayanlara qarşı cinsi zorakılıqla bağlı Cinayət Məcəlləsinin 151-ci maddəsinə dəyişikliklər müzakirə predmeti olacaq. Sözügedən maddənin yeni redaksiyasında bu ifadə yer alacaq: "bir ildən iki ilədək müddətə islah işləri və ya bir ildən üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.".

Dəyşikliklər təsdiqlənərsə, 152-ci maddənin isə aşağıdakı redaksiyada veriləcək:

"152.1. On altı yaşına çatmayan şəxslə cinsi əlaqədə olma və ya seksual xarakterli digər hərəkətlər etmə;- üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

152.2. Eyni əməllər on dörd yaşına çatmayan şəxs barəsində törədildikdə;- üç ildən altı ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

152.3. Bu Məcəllənin 152.1 və ya 152.2-ci maddələrində göstərilən əməllər yetkinlik yaşına çatmayanı tərbiyə etmək vəzifəsi daşıyan şəxslər və ya yetkinlik yaşına çatmayana nəzarəti həyata keçirmək vəzifəsini daşıyan təhsil, tərbiyə, tibbi və ya digər müəssisənin müəllimi və ya digər işçisi tərəfindən törədildikdə;-

üç ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə və ya edilməməklə dörd ildən yeddi ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

Qeyd: Bu Məcəllənin 152 və ya 153-cü maddələrində nəzərdə tutulmuş cinayətlərə görə məsuliyyət həmin maddələrdə göstərilən əməlləri törətmiş şəxslə zərərçəkmiş şəxsin yaş fərqi iki ildən çox olduqda yaranır.".

153-cü maddənin mətnini isə aşağıdakı redaksiyada vermək təklif olunur:

"153.1. On altı yaşına çatmayan şəxsə qarşı zor tətbiq etmədən əxlaqsız hərəkətlər törətmə;-

iki ilədək müddətə islah işləri və ya iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

153.2. Eyni əməllər on dörd yaşına çatmayan şəxs barəsində törədildikdə;-

bir ildən iki ilədək müddətə islah işləri və ya bir ildən üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

153.3. Bu Məcəllənin 153.1 və ya 153.2-ci maddələrində göstərilən əməllər yetkinlik yaşına çatmayanı tərbiyə etmək vəzifəsi daşıyan şəxslər və ya yetkinlik yaşına çatmayana nəzarəti həyata keçirmək vəzifəsini daşıyan təhsil, tərbiyə, tibbi və ya digər müəssisənin müəllimi və ya digər işçisi tərəfindən törədildikdə;- 

üç ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə və ya edilməməklə iki ildən dörd ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır."

Əsas mövzular