16:08 15 Dekabr 2017
Canlı yayım
XƏBƏRLƏR

Daşı və torpağı qızıl olan şəhərin fəthi

XƏBƏRLƏR
Qısa URL
3401

1453-cü ilin 29 may tarixində osmanlı türkləri Fateh Sultan Mehmetin başçılığı altında Konstantiniopolu fəth etdilər.

BAKI, 29 may — Sputnik. 1453-cü ilin 29 may tarixində osmanlı türkləri Fateh Sultan Mehmetin başçılığı altında Konstantiniopolu fəth etdilər.

Bu hadisə Şərqi Roma — Bizans İmperiyasının süqutu demək idi. Sonuncu Bizans imperatoru XI Konstantin Paleoloq döyüşdə həlak oldu.

Qələbə türklərə Aralıq dənizinin şərq hissəsində hökmranlığı təmin etmiş oldu. Adı İstanbul kimi dəyişdirilmiş şəhər Osmanlı imperiyası 1922-ci ildə süqut edənədək onun paytaxtı oldu.

Konstantinopol bu fəthdən öncə müsəlmanlar tərəfindən bir neçə dəfə mühasirəyə alınmışdı. 7-8-ci əsrlərdə Əməvilər və Abbasilər bu şəhəri almağa cəhd etsələr də uğur qazanmamışdılar.

Osmanlılar özləri də daha öncə I Bəyazid və II Muradın zamanında bu şəhərə uğursuz hücumlar etmişdilər.

Bu səbəbdən də 1451-ci ildə hakimiyyətə keçən Fateh əvvəlcə şəhəri tam mühasirəyə aldı. Konstantinopolun Aralıq və və Qara dənizləri ilə əlaqəsi kəsildi. Hazırlıq işləri bitdikdən sonra 1453-cü il aprelin 2-də türklər Konstantinopola hücuma keçdilər. Bizanslıların tərəfində bir çox Avropa ölkəsindən — Genuya, Venesiya, Macarıstan və digərlərindən gələn muzdlular döyüşürdülər. Lakin türklərin qüvvəcə daha üstün olmaları və döyüş əzmləri qarşıdurmanın taleyini həll etdi. İki ay çəkmədən şəhər ələ keçirildi.

Osmanlılar sağ qalmış muzdlulara şəhərdən çıxmağa imkan verdilər. Osmanlı dövləti avropalılarla uzunmüddətli müharibə istəmirdi.

Konstantinopolun fəthi əksər avropalılar tərəfindən "dünyanın sonu" kimi qəbul edildi.

Əsas mövzular