21:22 25 İyun 2017
Canlı yayım
Araz Əlizadə

Azərbaycan Ermənistan müxalifəti eyni mərkəzdən idarə olunur

youtube.com
XƏBƏRLƏR
Qısa URL
1001

ASDP liderinin fikrincə, meydana çıxan müxalifətin - Milli Şuranın cəmiyyətə, ictimai-siyasi proseslərə təsir yoxdur.

BAKI, 29 may — Sputnik. Azərbaycan və Ermənistandakı bəzi müxalifət qüvvələrinin fəaliyyətini diqqətlə izləsək, o zaman görərik ki, onların hər ikisi eyni mərkəzdən idarə olunur.

Bunu Sputnik-ə Sosial-demokrat Partiyasının (ASDP) sədri Araz Əlizadə Milli Şuranın keçirdiyi aksiyalarla bağlı fikir bildirərkən deyib.

Onun sözlərinə görə, hər iki ölkədəki müxalifət idarə olunduqları mərkəzdən eyni şüarla meydanlara çıxır: "Baxın, Ermənistan kimdir? Rusiyanın forpostu. Erməni müxalifəti maliyyəni haradan alır? Qərbdən. Azərbaycan müxalifəti də baxıb görür ki, Azərbaycan nə Rusiyanın, nə də ABŞ-ın dostu deyil. Hamı ilə eyni səviyyədə əməkdaşlıq qurmaq istəyir. Amma Amerika belə şeyləri həzm edə bilmir. Hesab edir ki, dünyadakı bütün dövlət rəhbərlər onun nökəri olmalıdır.  Ukraynada, “Maydan”da hansı şüarlar idi? "Oliqarxlara yox!", "Korrupsiyaya yox!", "Talana yox!" və sair. İnqilab edib qan axıtdılar, ölkədə vətəndaş müharibəsi alovlandı və nəticədə də oliqarxlar hakimiyyətə gəldi. Talan daha da çoxaldı. Ortada ABŞ qazandı. İndi Azərbaycan və Ermənistan müxalifəti də eyni şüarlarla meydana çıxır.”

 

ASDP lideri həmçinin deyib ki, Azərbaycanda qeyd etdiyi şüarlarla meydana çıxan müxalifətin — Milli Şuranın onsuz da cəmiyyətə, ictimai-siyasi proseslərə təsir yoxdur.

"Bu müxalifət sadəcə, ağasından aldığı tapşırığı yerinə yetirməklə məşğuldur. Bu yolla pul qazanır. Buna görə də, Azərbaycandakı bəzi müxalif qüvvələrlə Ermənistan müxalifəti arasında fərq görmürəm. Çünki ağaları eyni mərkəz olduğundan, eyni yerdən də pul alırlar. Pulu da kim verirsə, sifarişi də o edir. Məhz bu pullar hesabına müxalifət liderlərinin övladları xaricdə oxuyur, barlarda kef edirlər, xaricdə mülkləri var. Bu hansı puladır? Niyə başqasının, sadə müxalifətçinin övladı gedib xaricdə oxuya bilmir?! Cəmiyyətin gözü isə tərəzidir. Görür ki, onların məqsədi ölkədə demokratik dəyişikliklər yox, pul qazanmaqdır, onların arxasınca getmir. Odur ki, onların təhlükəsi yoxdur. Sadəcə bu yolla ölkənin imicinə xələl gətirmək üçün əllərindən gələni edirlər.”- deyə Əlizadə bildirib. 

Əsas mövzular