02:50 18 Noyabr 2017
Canlı yayım
Erix Honekker

"Ovçu"nun sonu

inoforum.ru
XƏBƏRLƏR
Qısa URL
3 0 0

Alman dövlət və siyasi xadmi Erix Honekker 1994-cü ilin bu günü Çilinin paytaxtı Santyaqoda vəfat edib.

BAKI, 29 may — Sputnik. Alman dövlət  və siyasi xadmi Erix Honekker 1994-cü ilin bu günü Çilinin paytaxtı Santyaqoda vəfat edib. 

Honekker 18 il ərzində Almaniya Demokratik Respublikasında mühüm dövlət vəzifələrini tutub.  

1971-ci il mayın 3-dən 1989-cu il oktyabrın 18-dək iqtidardakı Almaniya Vahid Sosialist Partiyasını Mərkəzi Komitəsinin baş katibi olub. 

1980-ci illərin ikinci yarısında ADR-in iqtisadi və daxili vəziyyəti pisləşir. 1989-cu il oktyabrın 18-də ağır xəstə olan Honekker partiyanın Siyasi Bürosunun təzyiqi altında istefa verir. Bir qədər sonra ADR Qərbi Almaniyaya birləşərək tarixə qovuşur. 1992-ci ildə Honekker Berlində ADR-də insan haqlarını pozmaq ittihamı ilə məhkəmə qarşısında dayanır. Proses onun xəstə olması səbəbindən dayandırılır. Bundan sonra Honekker Çiliyə, ailəsinin yanına uçur və orada vəfat edir.

Erix Honekker üç dəfə evlənib. O, həmçinin ovu çox xoşlayarmış. Çexoslovakiya prezidenti Klement Qotvald Honekkerin bu həvəsini bilərək ona ov tüfəngi bağışlayıb.

Əsas mövzular