02:40 28 İyun 2017
Canlı yayım
Cakarta tədbir

Respublika Günü Cakartada qeyd olundu

mfa.gov.az
XƏBƏRLƏR
Qısa URL
19 0 0

28 May - Respublika Günü münasibəti ilə Cakartada rəsmi qəbul keçirilib.

BAKI, 28 may — Sputnik. 28 May — Respublika Günü münasibəti ilə Cakartada rəsmi qəbul keçirilib.

Bu barədə Azərbaycanın İndoneziya, Timor-Leste, Filippin və Sinqapurdakı Səfirliyindən məlumat verilib.

Səfirliyin təşkil etdiyi tədbirdə İndoneziyanın iqtisadi məsələlər üzrə əlaqələndirici naziri Sofyan Cəlil, Parlamentin nümayəndələr palatasının sədr müavini Fəxri Həmzə, regional nümayəndələr şurasının sədr müavini Faruq Məhəmməd, xarici işlər nazirinin müavini Əbdurrəhman Məhəmməd Faxir, İndoneziyada fəaliyyət göstərən diplomatik nümayəndəliklər, bəzi QHT və KİV  nümayəndələri, iş adamları, azərbaycanlı tələbələr və digər şəxslər iştirak ediblər.

Səfir Tamerlan Qarayev bildirib ki, Azərbaycan xalqı 1918-ci ildə şərqdə ilk qurulmuş, həmçinin Milli Məclisində qadın nümayəndələrin də təmsil olunduğu 23 aylıq Azərbaycan Demokratik Respublikasının ildönümünü qeyd edir. O, 71 ildən sonra təkrar qurulan bugünkü Azərbaycanın 1918-ci ildəki Respublikanın varisi olduğunu vurğulayıb.

Səfir qeyd edib ki, müstəqilliyinin ilk dövrlərindən hərbi təcavüzə və işğala məruz qalmasına, bunun nəticəsində 1 milyona yaxın qaçqın və məcburi köçkünün mövcudluğuna və iqtisadiyyatın tamamilə çökməsinə baxmayaq, Azərbaycan Respublikası inkişaf etməyi bacarıb və bu gün bütün sahələr üzrə göstəricilərə görə regionda lider dövlət kimi beynəlxalq aləmə inteqrasiya yolunu seçib. Tamerlan Qarayev bu istiqamətdə Azərbaycanın atdığı addımlara və uğurlarına misal olaraq Bakıda Birinci Avropa Oyunlarının keçiriləcəyini, 2016-cı ildə “Formula-1” yarışının, 2017-ci ildə İslam Həmrəylik Oyunlarının təşkil ediləcəyini xatırladıb.

Sofyan Cəlil ikitərəfli əlaqələrin daha da inkişafına dair gələcək plan və layihələrdən danışıb və Azərbaycan xalqının bayramını təbrik edib.

Rəsmi mərasimdən sonra iştirakçılara Azərbaycanın milli xörəkləri və şirniyyatlarından ibarət olan ziyafət verilib.

Tədbir İndoneziya dövlət televiziyası TVRİ, “Liputan” və digər KİV vasitələri tərəfindən işıqlandırılıb. İştirakçılara Azərbaycan haqında müxtəlif nəşrlər, həmçinin İRS jurnalının ingilis və İndoneziya dillərinə tərcümə olunmuş versiyaları paylanıb. 

  • Cakartada Respublika günü ilə bağlı tədbir
    Cakartada Respublika günü ilə bağlı tədbir
    mfa.gov.az
  • Cakartada Respublika Günü münasibətilə tədbir
    Cakartada Respublika Günü münasibətilə tədbir
    mfa.gov.az
  • Cakartada Respublika günü ilə bağlı tədbir
    Cakartada Respublika günü ilə bağlı tədbir
1 / 3
mfa.gov.az
Cakartada Respublika günü ilə bağlı tədbir

Əlaqədar

28 May ABŞ-da “Azərbaycan Milli Günü” elan edilib
28 may - Respublika günü Təbrizdə qeyd olunub
ABŞ-ın Virciniya Ştatı 28 mayı Azərbaycan Milli Günü elan edib
Hollivudda mayın 28-i “Azərbaycan Milli Günü” elan edilib
28 May - ADR-in quruluş günü: Tarixin açılmayan səhifələri

Əsas mövzular