03:02 18 Noyabr 2017
Canlı yayım
İsti

Sabah Azərbaycanda havanın temperaturu 36 dərəcəyədək yüksələcək

j100.ru
XƏBƏRLƏR
Qısa URL
801

Mayın 29-da Bakı və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.

BAKI, 28 may — Sputnik. Mayın 29-da Bakı və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.

Ekologiya və Təbii Sərvətlər Nazirliyi (ETSN) Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosundan APA-ya verilən məlumata görə, səhər bəzi yerlərdə zəif duman, cənub küləyi axşam mülayim şimal küləyi ilə əvəz olunacaq. Havanın temperaturu gecə 20-22, gündüz 31-33 dərəcə isti olacaq.

Sabah Azərbaycanın rayonlarında hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir. Qərb küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 17-22, gündüz 31-36, dağlarda gecə 10-15, gündüz 20-25 dərəcə isti olacaq.

Əlaqədar

Hindistanda istidən ölənlərin sayı 1118-ə çatıb
Hindistanda istilər artıq 800 insanın həyatına son qoydu

Əsas mövzular