15:46 20 Noyabr 2017
Canlı yayım
BQXK

BQXK əməkdaşları Şahbaz Quliyevə və Dilqəm Əsgərova baş çəkiblər

ispoint.org
XƏBƏRLƏR
Qısa URL
201

Beynəlxalq Qızıl Xaç Komitəsinin (BQXK) əməkdaşları 2014-cü ilin iyul ayında Kəlbəcər rayonunda ermənilər tərəfindən girov götürülən azərbaycanlı girovlar Şahbaz Quliyevə və Dilqəm Əsgərova baş çəkiblər.

BAKI, 27 may — Sputnik. Beynəlxalq Qızıl Xaç Komitəsinin (BQXK) əməkdaşları 2014-cü ilin iyul ayında Kəlbəcər rayonunda ermənilər tərəfindən girov götürülən azərbaycanlı girovlar Şahbaz Quliyevə və Dilqəm Əsgərova baş çəkiblər.

Bu barədə Sputnik-ə BQXK-nın Azərbaycan nümayəndəliyinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri İlahə Hüseynova  deyib.

Onun sözlərinə görə, BQXK əməkdaşları azərbaycanlı girovları mayın 25-də  ziyarət ediblər.

BQXK-nın nümayəndələri Dağlıq Qarabağda saxlanılan azərbaycanlıların saxlanma şəraiti, səhhəti ilə tanış olublar. Bundan əlavə olaraq onlara ailə məlumatlarını çatdırıb, onlardan da ailələri üçün məlumat alınıb.

İ. Hüseynova onu da əlavə edib ki, BQXK mandatına uyğun olaraq, qurumun əməkdaşları mütəmadi olaraq saxlanılan şəxslərə baş çəkir: “Məqsəd onların saxlanma şəraitini və onlarla davranışı monitorinq etsin və bu insanların ailələri ilə əlaqə saxlamasına yardımçı olsun.”

2014-cü ilin iyul ayında Rusiya vətəndaşı Dilqəm Əsgərov və Azərbaycan vətəndaşı Şahbaz Quliyev Kəlbəcərdə öz ata-baba yurdlarını ziyarət etmək istəyərkən Ermənistan Silahlı Qüvvələri tərəfindən girov götürülüblər, digər Azərbaycan vətəndaşı Həsən Həsənov isə güllələnərək öldürülüb. 

H. Həsənovun meyiti düşməndən alınaraq Bakıda dəfn edilib.

İşğal altındakı Dağlıq Qarabağda D. Əsgərov və Ş. Quliyev üzərində qanunsuz “məhkəmə” qurulub və “məhkəmə”nin qərarı ilə D. Əsgərov ömürlük, Ş. Quliyev isə 22 il müddətinə azadlıqdan məhrum edilmə cəzasına məhkum olunub.

Əsas mövzular