16:16 15 Dekabr 2017
Canlı yayım
İbn Xəldun

Ən böyük tarix fəlsəfəsinin sahibi

eurasia-academy.org
XƏBƏRLƏR
Qısa URL
1410

Tarixçi və müəfəkkir İbn Xəldun 1332-ci il mayın 27-də Tunisdə anadan olub.

BAKI, 27 may — Sputnik. Tarixçi və müəfəkkir İbn Xəldun (tam adı: Əbu Zeyd Əbdürrəhman ibn Məhəmməd ibn əl Hədrami) 1332-ci il mayın 27-də Tunisdə anadan olub.

Nüfuzlu bir ailənin övladı olduğu üçün yaxşı təhsil alan İbn Xəldun Tunisdə və Mərakeşdə dövlət vəzifələrində xidmət etdikdən sonra Qranada və Misirdə çalışıb. Şimali Afrikanın o dönəmki qeyri-sabit və intriqalarla dolu siyasi quruluşu onun 2 il həbsdə yatmasına səbəb olub. Daha sonra bədəvi qəbilələrini çox yaxşı tanımasına görə axtarılan bir dövlət xadimi və müşavirə çevrilib. Dəməşqi işğal edən Əmir Teymurla olan görüşü tarixə düşüb.

Siyasi fəaliyyətdən çəkildikdən sonra  7 cildlik dünya tarixi, Kitabul-İber və onun giriş kitabı olaraq düşündüyü Müqəddiməni yazıb. Əsəri ərəb dünyasına ciddi təsir göstərməsə də, Osmanlı tarix anlayışına dərindən təsir edib. Bir çox Osmanlı tarixçisi Osmanlı dövlətinin yüksəlişini və tənəzzülünü onun nəzəriyyələri ilə əsaslandırıb. XIX əsrdə İbn Xəldun Avropa tarixçiləri tərəfindən kəşf edilmiş və onun fəaliyyəti yüksək qiymətləndirilib. İngilis tarixçisi Arnold Cozef Toynbi onun haqda belə bir fikir söyləyib: "Hər hansı bir zamanda, hər hansı bir ölkədə, hər hansı bir beyin tərəfindən yaradılmış ən böyük tarix fəlsəfəsinin sahibi"

Əsas mövzular