02:29 24 İyun 2017
Canlı yayım
İrlandiya eynicinslilər referendum

İrlandiya eynicinslilərin nikahını referendumla təsdiqlədi

bbc.co.uk
XƏBƏRLƏR
Qısa URL
1201

Referendumda iştirak edən 1,2 milyondan artıq irlandın 62,1 %-i eynicinclilər arasındakı nikahı leqallaşdırmağın lehinə, 37,9 %-i isə əleyhinə səs verib.

BAKI, 25 may — Sputnik. İrlandiya əhalisi eynicinslilər arasındakı nikahı rəsmiləşdirib.

Referendumda iştirak edən 1,2 milyondan artıq irlandın 62,1 %-i eynicinclilər arasındakı nikahı leqallaşdırmağın lehinə, 37,9 %-i isə əleyhinə səs verib.

Sputnik BBC-yə istinadən xəbər verir ki, Dublinin mərkəzində katolik ölkəsində geylərin bərabər hüquqları uğrunda aparılan 40 illik mübarizədən sonra əldə olunan bu "nailiyyəti" coşğunluqla qeyd ediblər. Ümumiyyətlə, ölkə üzrə eynicinslilər arasında nikah tərəfdarlarının 70%-i Dublində yaşayır. İrlandiya paytaxtındakı bütün seçki dairələrində demək olar ki, seçicilərin 79%-i eynicinclilərin nikahını dəstəkləyib.

Dünyanın müxtəlif ölkələrində yaşayan irlandlar bu "tarixi hadisəni" qeyd etmək üçün Dublunə axışıblar. Əllərində göy qurşağını əks etdirən bayraq tutmuş minlərlə adam hadisəni sevinc göz yaşları altında qarşılayıb.

İrland hökumətinin ilk leqal geyi, səhiyyə naziri Leo Varadkar bu referendumu "sosial inqilab" kampaniyası ilə müqayisə edib.

Beləliklə, İrlandiya dünya tarixinə eynicinslilərin nikahına ümumxalq səsverməsi yoluyla icazə verən ilk ölkə kimi düşüb. Ümumilikdə isə İrlandiya eynicinslilərin nikahını leqallaşdıran 13-cü Avropa ölkəsidir. Digər Avropa dövlətləri (Sloveniya, Danimarka, İslandiya, Fransa, Niderland, Norveç, İsveç, Portuqaliya, Belçika, Lüksemburq, İspaniya və Böyük Britaniya) geylərin nikahını milli parlamentlər səviyyəsində qəbul ediblər. Finlandiya bu barədə qanunu 2017-ci ildə qəbul etməyi planlaşdırır. Malta isə yalnız xaricdə bağlanmış belə nikahları qəbul edir. 

 

Teqlər:
sosial inqilab, eynicinslilər, nikah, referendum, Leo Varadkar, Avropa, Dublin, İrlandiya

Əsas mövzular