22:15 12 Dekabr 2017
Canlı yayım
XƏBƏRLƏR

Rusiya-Azərbaycan parlamentlərarası komissiyasının iclası keçirilir

XƏBƏRLƏR
Qısa URL
701

Moskvada Rusiya Federal Məclisi Federasiya Şurasının Milli Məclislə ikitərəfli parlamentlərarası komissiyasının 13-cü iclası öz işinə başlayıb.

BAKI, 25 may — Sputnik. Moskvada Rusiya Federal Məclisi Federasiya Şurasının Milli Məclislə ikitərəfli parlamentlərarası komissiyasının 13-cü iclası öz işinə başlayıb.

Bu barədə Sputnik-ə açıqlamasında millət vəkili Sabir Hacıyev deyib.

Onun sözlərinə görə, iclasda ikitərəfli əlaqlərin inkiaşf etdirilməsi, parlamentlərin ölkələr arasında əlaqələrin daha da dərinləşməsində rolu, birgə komissiyanın 2015-ci ildə fəaliyyətinin nəticələri və qarşıdakı vəzifələr müzakirə olunacaq.

Azərbaycan nümayəndə heyəti toplantıya Milli Məclis sədrinin müavini, parlamentlərarası komissiyanın həmsədri Valeh Ələsgərovun başçılıq etdiyi nümayəndə heyəti ilə qatılıb.
Nümayəndə heyətinin tərkibinə parlamentin komitə sədri Arif Rəhimzadə, deputatlardan Rövşən Rzayev, Elton Məmmədov, Rüfət Quliyev, Sabir Hacıyev, Fuad Muradov və MDB PA-da Milli Məclisin daimi nümayəndəsi Aydın Cəfərov daxildirlər.

İclasda parlamentlərarası komissiyanın Rusiya və Azərbaycan tərəfdən tərkibləri barədə o cümlədən Azərbaycanla Rusiya arasında elmi-texniki əməkdaşlığın inkişafı üçün birgə parlament fəaliyyəti, növbəti 14-cü iclasın mövzusunun, keçirilmə vaxtının və yerinin müəyyən olunması və digər mövzularda müzakirələr aparılacaqdır.

Əlaqədar

Qarabağ münaqişəsinin davam etməsi Rusiyanın maraqlarına ziyandır
Azərbaycan-Rusiya əməkdaşlığının dərinləşdirilməsi siyasəti alqışlanır
XİN: Qarabağ münaqişənin həlli Rusiya üçün mühüm əhəmiyyət kəsb edir
Bakı rus turistlərin bu yay istirahət üçün seçdiyi şəhərlər sırasında

Əsas mövzular