15:47 17 Dekabr 2017
Canlı yayım
Azərbaycan XİN

Azərbaycan Riqa Bəyannaməsinə dair Aİ-na bəyanat təqdim edib

aznews.az
XƏBƏRLƏR
Qısa URL
1201

Azərbaycan tərəfindən Avropa İttifaqı və Şərq Tərəfdaşlığı ölkələrinin Riqa Bəyannaməsi ilə əlaqədar Avropa İttifaqına Bəyanat təqdim edilib.

BAKI, 25 may — Sputnik. Azərbaycan tərəfindən Avropa İttifaqı və Şərq Tərəfdaşlığı ölkələrinin Riqa Bəyannaməsi ilə əlaqədar Avropa İttifaqına Bəyanat təqdim edilib.

AZƏRTAC xəbər verir ki, Xarici İşlər Nazirliyinin mətbuat xidməti bu barədə açıqlama yayıb.

Açıqlamada bildirilir ki, Azərbaycan Respublikası avropalı tərəfdaşların "Şərq Tərəfdaşlığı"nın gündəliyində olan məsələlərin tam şəkildə bu Bəyannamə vasitəsilə əhatə edilməsi cəhdlərini qeyd edir. Azərbaycan Respublikası Avropa İttifaqının ziddiyyətli üslubdan yan keçərək, həssas və təhdid doğuran məsələləri cavablandırmaq cəhdlərini alqışlayır.

Açıqlamada deyilir: "Amma Azərbaycan Respublikası bəzi məsələlərin kompromis mövzusu ola bilməyəcəyini vurğulayır. Belə ki, bir sıra "Şərq Tərəfdaşlığı" ölkələri hərbi işğal, etnik təmizləmə və əhalinin zorla öz torpaqlarından qovulması ilə nəticələnərək xaricdən tətbiq edilən silahlı münaqişələr və ərazi iddiaları ilə üzləşirlər. Bu münaqişələr beynəlxalq hüququn fundamental norma və prinsipləri, xüsusilə suverenlik, ərazi bütövlüyü və beynəlxalq səviyyədə tanınmış sərhədlərin kobud şəkildə pozulması səbəbindən irəli gəlir və müşayiət olunur. Bu prinsiplər qlobal və Avropa qitəsi səviyyəsində dövlətlərarası münasibətlərin və beynəlxalq təhlükəsizlik sisteminin özəyini təşkil edir.

Avropa İttifaqının bütün tərəfdaş dövlətlərin suverenliyi və ərazi bütövlüyünə dəstəyini nəzərə alaraq, Azərbaycan Respublikası bu prinsiplərin toxunulmazlığına kölgə salmaq cəhdlərini qeyd etməyə bilməz. Bəzi tərəfdaş dövlətlərə təsir edən münaqişələrə dair güzəştli mətnin hazırlanması cəhdlərində Bəyannamə layihəsinin müəllifləri beynəlxalq təcrübədə "ikili standartlar" adlanan məqamdan yan keçə bilməyiblər.

Azərbaycan Respublikası Ermənistan-Azərbaycan hərbi münaqişəsinə münasibətdə Avropa İttifaqının aydın və birmənalı mövqeyinin ifadə olunmasını gözləyir. Bu münaqişənin həllinin əsasını Azərbaycanın ərazi bütövlüyü, suverenliyi və beynəlxalq səviyyədə tanınmış sərhədlərinin toxunulmazlığını bir daha təsdiq edən və Azərbaycanın bütün işğal olunmuş ərazilərindən erməni işğalçı qüvvələrinin dərhal, tam və qeyd-şərtsiz çıxarılmasını tələb edən BMT Təhlükəsizlik Şurasının 822 (1993), 853 (1993), 874 (1993) və 884 (1993) saylı qətnamələri təşkil edir.

Azərbaycan Respublikası Avropa İttifaqı tərəfindən bu qətnamələrə ciddi şəkildə riayət edilməsi və onların həyata keçirilməsinin təmin edilməsi istiqamətində birmənalı və qəti addımların atılmasını gözləyir".

Əlaqədar

Azərbaycan Riqa sammitinin yekun Bəyannaməsini imzalayıb
Belarus prezidenti Riqa sammitindən imtina etdi
Prezident İlham Əliyev Riqa Sammitində iştirak edə bilməyəcək
Teqlər:
bəyannamə, bəyanat, , AB, XİN, Azərbaycan, Bakı

Əsas mövzular