19:03 24 Noyabr 2017
Canlı yayım
Elnarə Eynulla

Azərbaycanlı qız ABŞ-da həmcinsi ilə evləndi

anspress.com
XƏBƏRLƏR
Qısa URL
34 0 0

Cütlüyün nikah mərasiminə amerikalı senator Maykl C. Barret də qatılıb.

BAKI, 25 may — Sputnik. ARDNŞ-in müfəttişi Kamal Eynullanın qızı Elnarə Eynulla ABŞ senatorunun qadın müşaviri Rozali Hyuz Fazioya ərə gedib.

Sputnik The Nyu York Times-ə istinadən xəbər verir ki, bu eynicinsli cütlüyün toyu ötən gün ABŞ-ın Massaçusets ştatının Kuinsi şəhərində baş tutub.

Elnarə Eynulla və Rozali Hyuz Fazionun təntənəli nikah mərasimində şahid qismində Massaçusets ştatından senator Maykl C. Barret iştirak edib.
Rozali Fazionun 32 yaşı var və o, senator Barretin hüquq müşaviridir. Rozalinin atası Josef Fazio Kembric universitetinin Biotexnologiya Şurasınını maliyyə və idarəetmə üzrə vitse-prezidentidir. Anası Debra H.Fazio isə Massaçusets Texnologiya İnstitutunun kitabxanasında satınalmalar üzrə mütəxəssisdir.

Elnarəninsə 28 yaşı var və o, Trinitiy Partners-də səhiyyə iqtisadiyyatı üzrə mütəxəssis işləyir. O, Massaçusets universitetini əla qiymətlərlə bitirib və Konnektikut ştatında magistr dərəcəsi alıb.

Elnarə Eynulla Bakıda Kamal və Tünzalə Eynullaların ailəsində dünyaya gəlib. Anası Tünzalə Eynulla hazırda Massaçusetsdə yaşayır və dəri materiallara qulluq üzrə Dilaura Natuarls adlı kiçik müəssisənin sahibidir.

Elnarənin atası Kamal Eynulla isə ARDNŞ-də müfəttiş işləyir.

Bu, Elnarənin sayca ikinci nikahıdır. Onun birinci nikahı boşanma ilə başa çatıb.

 

Əsas mövzular