21:58 19 Noyabr 2017
Canlı yayım
Eşton Karter

ABŞ müdafiə naziri İraq əsgərlərini "qorxaq" adlandırıb

indianexpress.com
XƏBƏRLƏR
Qısa URL
38 0 0

Strateji cəhətdən vacib nöqtədə yerləşən İraqın Ramadi şəhərinin İŞİD tərəfindən işğalı ABŞ-da ciddi müzakirə olunmaqda davam edir.

BAKI, 25 may — Sputnik. Strateji cəhətdən vacib nöqtədə yerləşən İraqın Ramadi şəhərinin İŞİD tərəfindən işğalı ABŞ-da ciddi müzakirə olunmaqda davam edir.

Bununla bağlı, Birləşmiş Ştatlar müdafiə naziri Eşton Karter İraq ordusunu hədəf alan açıqlamalar yayıb.

O bildirib ki, bacarıqsız əsgərlərin ucbatından İŞİD terrorçuları ölkənin yarıdan çoxunu işğal edib. Karterin dediyinə görə, hətta bəzi İraq əsgərləri, gizli kəşfiyyat məlumatlarını terrorçulara ötürüb. 

"Tam əminliklə deyə bilərəm ki, əsgərlərin sayı İŞİD yaraqlılarının sayından heç də az olmayıb. Əksinə qat-qat üstün olmaqlarına baxmayaraq onlar şəhəri terrorçulara təslim edib qaçıblar. Ordudakı iradəsizlik və qorxaqlıq bizi ciddi düşündürür", deyə Karter əlavə edib.

 

Teqlər:
terrorçu, əsgər, qorxaq, Pentaqon, İŞİD, Eşton Karter, İraq, ABŞ

Əsas mövzular