15:37 20 Noyabr 2017
Canlı yayım
Баку \ BakıBakı

Bakı rus turistlərin bu yay istirahət üçün seçdiyi şəhərlər sırasında

www.azerbaijan.aztravel.biletplyus.ru
1 / 2
XƏBƏRLƏR
Qısa URL
3411

Rusiyanın Travel.ru saytı rus turistlərin bu il yay MDB məkanında ən çox istirahət etmək istədikləri ölkələri müəyyənləşdirib.

BAKI, 25 may — Sputnik. Rusiyanın Travel.ru saytı rus turistlərin bu il yay MDB məkanında ən çox istirahət etmək istədikləri ölkələri müəyyənləşdirib.

Reytinq bu il iyunun 1-dən avqustun 31-dək sərbəst səyahət edən turistlər tərəfindən otellərin bron edilməsinə əsasən hesablanıb. Həticələrə görə, MDB üzrə yay tətilləri üçün top10 siyahısında Azərbaycanın paytaxtı Bakı şəhəri də yer alıb.

Travel.ru-nun məlumatına əsasən, Bakıya gələn rus turistlər bir günə orta hesabla 60 dollar pul xərcləyirlər. Azərbaycanın Xudat şəhəri isə rus turistlərinin bu il istirahət üçün seçdiyi top 5 kurort zonası kimi qeyd olunub.

MDB ölkələri üzrə ən bahalı şəhərin isə Qazaxıstanın paytaxtı Astana olduğu (sutkaya 93 dollar) müəyyənləşib.

 

Əsas mövzular