19:56 15 Dekabr 2017
Canlı yayım
Adolf Eyxman

Son sözündə ailəsinə salam göndərmiş cəllad

yaplakal.com
XƏBƏRLƏR
Qısa URL
66 0 0

1960-cı il mayın 23-də Mossad agentlərı, 6 milyon yəhudinin ölümündə ittiham olunan Adolf Eyxmanı Argentinada ələ keçiriblər.

BAKI, 23 may — Sputnik. 1960-cı il mayın 23-də Mossad agentlərı, 6 milyon yəhudinin ölümündə ittiham olunan Adolf Eyxmanı Argentinada ələ keçiriblər.

Eichmann mühakimə olunmaq üçün İsrailə aparılıb.

1961-ci il dekabrın 15-də İsrail məhkəməsi Eyxmana ölüm hökmü kəsib. İsrail prezidenti İshaq Ben-Tsvi əfv barədə müraciəti rədd edib.

1962-ci il iyunun 1-nə keçən gecə Eyxman Ramle şəhərinin həbsxanasında dar ağacından asılıb. Asılmamışdan dediyi son sözləri belə olub: "Yaşasın Almaniya! Yaşasın Argentina! Yaşasın Avstriya! Mənim həyatım bu üç ölkə ilə bağlıdır və mən heç vaxt onları unutmayacağam. Öz xanımıma, ailəmə və dostlarıma salam göndərirəm. Mən müharibənin qaydalarına əməl etməli idim və bayrağıma xidmət edirdim. Mən hazıram".

Edamı həbsxananın işçisi Şalom Naqar həyata keçirib.

Adolf Eyxman İkinci Dünya müharibəsi illərində faşist Almaniyasının İmperiyanın Təhlükəsizliyi Baş İdarəsinin IV B 4 sektorunun rəhbəri olub. Yəhudilərin Şərqi Avropaya deportasiyasına rəhbərlik edib.

Əsas mövzular