19:54 15 Dekabr 2017
Canlı yayım
telefon

Hər dörd qəzadan birinə mobil telefon səbəb olur

CC0 / DariuszSankowski / phone
XƏBƏRLƏR
Qısa URL
1501

ABŞ Milli Təhlükəsizlik Şurasının statistikasına görə, sürücülərin 33 faizi sükan arxasında elektron poçtla, 28 faizi internet-brauzerlə, 27 faizi “selfie” ilə, 14 faizi "Instagram”la məşğul olur

BAKI, 23 may — Sputnik. Mobil texnologiyalar yüksək rabitə, ünsiyyət və informasiya əldə etmək vasitəsi olmaqla yanaşı, həm də acınacaqlı yol nəqliyyat hadisəsi statistikasıdır.

Sputnik Rusiyanın "Telekomza” portalına istinadən xəbər verir ki, ABŞ-da yollarda baş verən qəzaların 27 faizi mobil telefonlarla əlaqədardır. Nəticə ABŞ Milli Təhlükəsizlik Şurasının 2014-cü il üçün əldə etdiyi statistikaya görə belədir. “AT&T” mobil rabitə operatorunun sifarişi ilə aparılan bu tədqiqatın nəticəsi çoxları üçün gözlənilməz olub. 

Məsələn, sürücülərin 61 faizi sükan arxasında SMS yazdığını deyib. Bundan başqa, rəyi soruşulanların 22 faizi sükan arxasında dəqiqəbaşı sosial şəbəkələri yoxladığını qeyd edib və bunu asılılıq kimi qiymətləndirib. Sosial şəbəkələrin insan həyatına adi narkomanlıq kimi son qoyan ciddi bir asılılıq vasitəsinə çevrildiyi qeyd olunub. 

Rəyi soruşulan sürücülərin 33 faizi sükan arxasında elektron poçtdan, 28 faizi internet brauzerdən istifadə edir, 27 faizi “selfie” çəkir, 14 faizi "Instagram”a fotoşəkillər yollayır.

ABŞ-ın 46 ştatında sükan arxasında SMS yazmaq qanunla qadağandır, 14 ştatda isə avtomobili idarə edərkən telefondan istifadə tamamilə qadağan edilib.

Analitiklərin fikrincə, mobil asılılığa qalib gəlmək artıq qeyri-mümkündür. Yüksək rabitə texnologiyalarından istifadə zamanı törədilən qəzaların qarşısını almağın sadəcə bir yolu var, o da sürücüsüz idarə olunan avtomobillərin tətbiqidir.


Əsas mövzular