15:46 20 Noyabr 2017
Canlı yayım
Cordano Bruno

Həyatını azadlığa qurban vermiş mütəfəkkir

univertv.ru
XƏBƏRLƏR
Qısa URL
9 0 0

Böyük İtaliya mütəfəkkiri Cordano Bruno 1592-ci ilin məhz bu günü inkvizisiya tərəfindən bidətçilikdə ittiham olunaraq həbs olunub.

BAKI, 23 may — Sputnik. Böyük İtaliya mütəfəkkiri Cordano Bruno 1592-ci ilin məhz bu günü inkvizisiya tərəfindən bidətçilikdə ittiham olunaraq həbs olunub.

Bruno səkkiz il həbsxanda saxlanılıb. 

Lakin kilsə məhkəməsi nə işgəncə, nə də dilə tutmaqla onu öz baxışlarından döndərə bilmədi. Məhkəmə alimi tonqalda yandırılmağa məhkum etdi. Bruno məhkəmənin hökmünü dinlədikdən sonra öz cəlladlarının üzünəcə dedi: Hökmü oxuyarkən siz qorxudan tir-tir əsirsiniz, mən isə tonqalda yandırılmağa gedərkən sizin qədər qorxmuram.

1600-cü ildə Bruno yandırıldı. Onun edam olunduğu yerdə, Romanın Güllər meydanında sonralar alimə abidə ucaldıldı. Həmin abidənin üzərində bu sözlər həkk olunub: O, bütün xalqların fikir azadlığı uğrunda öz səsini ucaldıb və bu azadlıq yolunda da ölümə gedib.

Polyak Nikolay Kopernikin təlimini inkişaf etdirən Bruno göstərirdi ki, Kainatın hüdudu, ölçüsü və sonu yoxdur. Nəinki Yer, hətta Günəşin özü də dünyanın mərkəzi deyil. Kainat saysız-hesabsız ulduzlardan ibarətdir; onlardan hər biri bizdən uzaqda olan günəşdir. Bu günəşlərin hər birinin ətrafında öz planetləri fırlanır. Məhz bu fikirləri onu kilsə ilə düşmən etmişdi.

Əsas mövzular