21:54 19 Noyabr 2017
Canlı yayım
Cassem əl Harafi

Milyardları onu xilas edə bilmədi

haberturk.com
XƏBƏRLƏR
Qısa URL
300 0 0

Azərbaycana investisiya qoymuş Küveyt milyarderi infarktdan öldü

BAKI, 22 may- Sputnik. Küveytin ən zəngin iş adamlarından olan Cassem əl Harafi, xüsusi dəvətlə gəldiyi Türkiyədən geri dönərkən şəxsi təyyarəsində ölüb. 75 yaşlı Harafinin təyyarədə infarkt keçirdiyi açıqlanıb.

Sputnik Türkiyənin “Hürriyət” qəzetinə istinadən xəbər verir ki, Harafi 1985-1986-cı illərdə Küveytin maliyyə naziri, 1999-2011-ci illər arasında isə parlament sədri olub. O, ölkədə xanədan ailəsinə mənsub olmayan ən varlı iş adamlarından biriydi.

Ailəsi, Harafiyə görə dəbdəbəli yas mərasimi təşkil edib.

Harafi 2013-cü ilin dekabrında səs və video yazılarında Küveyt rejimini yıxmaq çağırışı etməkdə və korrupsiyada təqsirli bilinərək saxlanılmışdı. Lakin baş prokurorluq Harafi barədə iddiaların saxta olduğunu sübut edərək iddianı geri qaytarmışdı.

25 ölkədə 120 mindən artıq işçilərinin olduğu “Kharafi Group”un qurucusu Məhəmməd Əbdülmuhsin əl Harafinin oğlu olan Cassem əl Harafinin altı uşağı var. 1965-ci ildə yaradılan “Kharafi Group” daha çox inşaat, maliyyə və telekommunikasiyalar sektorunda fəaliyyət göstərir. Onun illik gəliri 10 milyard dollardan çoxdur.

“Kharafi Group”-a daxil olan “Sovereign Hospitality Holdings” beynəlxalq investisiya-tikinti şirkəti Azərbaycanda mehmanxana və turizm sahəsində fəaliyyət göstərir. “Sovereign Hospitality Holdings” şirkəti “Four Seasons Hotels & Resorts”, “InterContinental Hotels Group”, “Hyatt International”, “Rotana Hotels and Resorts”, “Starwood Hotels” və “Resorts and Six Senses Spa” kimi tanınmış brendlər altında fəaliyyət göstərən şirkətlərlə mehmanxanaların idarə edilməsinə dair müqavilə əsasında əməkdaşlıq edir.

Əsas mövzular