19:44 26 İyun 2017
Canlı yayım
XƏBƏRLƏR

Ukrayna Avropa Birliyi saziş imzaladı

XƏBƏRLƏR
Qısa URL
511

Latviyanın paytaxtı Riqada keçirilən Şərq tərəfdaşlığı sammitində imzalanan müqaviləyə əsasən Ukraynaya 1,8 milyard avro dəyərində maliyyə yardımı ediləcək.

BAKI, 22 may — Sputnik. Ukrayna ilə Avropa Birliyi arasında yeni memorandum aktı imzalanıb.

Latviyanın paytaxtı Riqada keçirilən Şərq tərəfdaşlığı sammitində imzalanan müqaviləyə əsasən Ukraynaya 1,8 milyard avro dəyərində maliyyə yardımı ediləcək.

Sənədə Ukrayna maliyyə naziri Natalie Jaresko ilə Avropa Komissiyasının vitse-prezidenti Valdis Dombrovskis imza atıb.

Mərasimdə Ukrayna prezidenti Petro Poroşenko da iştirak edib.

"Mən Ukrayna hökuməti və xalqı adından Avropa Birliyinə səmimi təşəkkürümü bildirirəm", deyə maliyyə naziri Natalie Jaresko bildirib.

Bu gün həmçinin Almaniya, Fransa və Ukrayna prezidentləri arasında görüş də keçirilib.

Görüşdə müzakirə edilən əsas mövzu, Donetsk və Luqansk vilayətlərindəki böhranlı vəziyyət və Rusiya ilə münasibətlərin hazırki vəziyyəti olub. 

Əsas mövzular