02:31 28 İyun 2017
Canlı yayım
Əli Həsənov

Əli Həsənov QHT-nin ofisinin açılışında iştirak edib

XƏBƏRLƏR
Qısa URL
411

Beynəlxalq Avrasiya Mətbuat Fondunun (BAMF) yeni binasının açılışı olub.

BAKI, 22 may — Sputnik. Azərbaycanda vətəndaş cəmiyyəti institutlarının boğulması barədə bəzi beynəlxalq təşkilatların ittihamlarına Beynəlxalq Avrasiya Mətbuat Fondunun fəaliyyəti, ofisi əsl cavabdır. Azərbaycan Prezidentinin İctimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov bu gün Beynəlxalq Avrasiya Mətbuat Fondunun (BAMF) yeni binasının açılışı ilə bağlı keçirilən mərasimdə belə deyib.

BAMF-nun Sputnik-ə verdiyi məlumata görə, Əli Həsənov açılış mərasimində etdiyi çıxışda Azərbaycan hakimiyyətinin vətəndaş cəmiyyəti institutlarını özünün tərəfdaşı hesab etdiyini, bu siyasətin nəticəsində də Beynəlxalq Avrasiya Mətbuat Fondunun belə uğurlara nail olduğunu dilə gətirib.

Həsənov həmçinin bildirib ki, BAMF Azərbaycanda QHT-lərin klassik nümunəsidir və 20 ildir, Azərbaycanda səmərəli fəaliyyət göstərir: "Mən bu sahədə Umud Rəhimoğlunun fəaliyyətini yüksək dəyərləndirirəm. Bu gün Azərbaycanda Beynəlxalq Avrasiya Mətbuat Fondu kimi 3500 QHT fəaliyyət göstərir və Azərbaycanda vətəndaş cəmiyyəti quruculuğuna töhfə verir. QHT-lərimiz, media orqanlarımız müxtəlif beynəlxalq təşkilatlarda səmərəli fəaliyyət göstərir".

"Təməli Heydər Əliyev tərəfindən qoyulan vətəndaş cəmiyyəti quruculuğu siyasəti bu gün prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir", deyə Həsənov əlavə edib.
Ofisin açılış lentini Əli Həsənovla BAMF-nin prezidenti Umud Rəhimoğlu birlikdə kəsiblər.

 

Əlaqədar

Əli Həsənov: Heydər Əliyev gəncliyimizi məhv olmaq təhlükəsindən xilas etdi
Əli Həsənov Press Association və AP agentliklərinin rəhbərləri ilə görüşüb

Əsas mövzular