21:17 25 İyun 2017
Canlı yayım
Qüdrət Həsənquliyev

BAXCP Avropa Mühafizəkarlar İslahatçılar İttifaqına qoşulur

© Foto: APA
XƏBƏRLƏR
Qısa URL
1010

Avropa Mühafizəkarlar və İslahatçılar İttifaqının Londonda keçirilən toplantısında Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının (BAXCP) qurumun üzvlüyünə namizədliyi barədə qərar qəbul edilib.

BAKI, 22 may — Sputnik. Avropa Mühafizəkarlar və İslahatçılar İttifaqının Londonda keçirilən toplantısında deputat Qüdrət Həsənquliyevin sədri olduğu Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının (BAXCP) qurumun üzvlüyünə namizədliyi barədə qərar qəbul edilib.

Bu barədə məlumatı Sputnik-ə Həsənquliyev özü verib. O bildirib ki, bu gün Londonda Avropa Mühafizəkarlar və İslahatçılar İttifaqının illik konqresi keçirilib. Konqresdə İttifaqa yeni siyasi partiyaların qəbulu, quruma üz olan siyasi partiyaların təmsil etdiyi ölkələrdə keçirilən və keçiriləcək seçkilərlə bağlı müzakirələr aparılıb.

BAXCP sədrinin sözlərinə görə, illik konqresdə Azərbaycan, İspaniya və Monteneqronu təmsil edən siyasi partiyaların AMİİ-yə üzlüyə namizədliyi məsələsinə baxılıb.

Q.Həsənquliyev konqres üzvlərinə BAXCP barədə məlumat verib və partiyasının quruma üzvlük məsələsinə baxılmasını rica edib. Onun təklifi müsbət qarşılanıb və qurum üzvlərinin yekdil qərarı ilə BAXCP AMİİ üzvlüyünə namizəd kimi qəbul olunub. 

Deputatın sözlərinə görə, BAXCP-nin tamhüquqlu üzvlüyü barədə yekun qərar AMİİ-nin noyabrın 14-də Tunisdə keçiriləcək toplantısında veriləcək.

Toplantıya qədərki dövrdə isə İttifaq rəsmiləri Azərbaycana səfər edərək BAXCP-nin fəaliyyəti ilə yaxından tanış olacaq, qarşılıqlı əlaqələrin inkişafı üçün müzakirələr aparacaqlar. 

Əsas mövzular