15:54 17 Dekabr 2017
Canlı yayım
Gerhard Şindler

Almaniyadan tarixi etiraf

zeit.de
XƏBƏRLƏR
Qısa URL
15 0 0

Ölkənin Federal Kəşfiyyat Xidmətinin rəhbəri Gerhard Şindler rəhbərlik etdiyi qurumun Birləşmiş Ştatlar Milli Təhlükəsizlik Agentliyi ilə əməkdaşlıq zamanı bir sıra səhvlərə yol verdiyini deyib.

BAKI, 22 may — Sputnik. Almaniya tarixi etiraf edib.

Ölkənin Federal Kəşfiyyat Xidmətinin rəhbəri Gerhard Şindler rəhbərlik etdiyi qurumun Birləşmiş Ştatlar Milli Təhlükəsizlik Agentliyi ilə əməkdaşlıq zamanı bir sıra səhvlərə yol verdiyini deyib.

Şindler buna əsas səbəb kimi alman kəşfiyyatının ABŞ xüsusi xidmət orqanlarından asılılığını göstərib.

Parlamentdə çıxış edən G. Şindler rəhbərlik etdiyi qurumda daxili araşdırma aparılacağını söyləyib. Qeyd edək ki, alman mətbuatı ABŞ kəşfiyyatının 10 il ərzində Almaniya xüsusi xidmət orqanlarının texniki resurslarından istifadə edərək avropalı siyasətçilər, məmurlar və biznesmenləri izlədiyini iddia edib.

Bu işlər Almaniya Federal Kəşfiyyat Xidmətinin xəbəri olmadan aparılıb.    

Əsas mövzular