18:58 24 Noyabr 2017
Canlı yayım
пожар

Deputat: Hərə ağzına gələni danışıb cəmiyyəti çaşdırmamalıdır

Орхан Асланов
XƏBƏRLƏR
Qısa URL
9 0 0

Bakıda yanmış bina ətrafında yaranmış vəziyyətlə bağlı hər hansı spekulyativ hallara yol verib, cəmiyyəti çaşdırmaq olmaz.

BAKI, 22 may — Sputnik. Bakıda yanmış bina ətrafında yaranmış vəziyyətlə bağlı hər hansı spekulyativ hallara yol verib, cəmiyyəti çaşdırmaq olmaz. Bunu Sputnik-ə açıqlamasında millət vəkili Fəzail İbrahimli deyib.

Onun sözlərinə görə, dövlət bu məsələ ilə ciddi məşğuldur: "Dövlət başçısı bütün diqqətini bu prosesə yönəldib. Məsələ ilə bağlı xüsusi komissiya yaradılıb və onlar hazırda bununla məşğuldurlar. Ona görə də komissiyaya mane olmamaq üçün hərə bir müştəbeh fikir söyləməməlidir."

Millət vəkili deyib ki, bildirilən fikirlər hüquqi cəhətdən əsassız olan düşüncə məhsullarıdır: "Bizə ancaq nəticələri gözləmək qalır. Ona görə də hərə ağzına gələni danışmamalıdır. Çünki ortada insan itkisi var və bu bizim hər birimizin itkisidir. Tövsiyyə edərdim ki, emosiyaya qapılıb fikir söyləməsinlər. Bu məsələlərə yozum verib cəmiyyəti çaşdırmaq lazım deyil. Mən bir vətəndaş və millət vəkili kimi yaranmış komissiyadan nəticə gözləyirəm."

Mayın 19-da Bakı şəhəri, Binəqədi rayonu Azadlıq prospekti 200/36 ünvanında yerləşən çoxmərtəbəli binada yanğın baş verib və bu dəhşətli yanğında 15 nəfər dünyasını dəyişib, 50 nəfər xəsarət alıb.

Əsas mövzular