08:15 14 Dekabr 2017
Canlı yayım
Bakıda yanan bina

Bakıda yanan binada təmir işlərinə başlanılıb

tvpress.az
XƏBƏRLƏR
Qısa URL
Binəqədidə binada baş vermiş yanğın (11)
2801

Bu gün səhərdən binanın yanmamış hissənin poliuletan üzlüyünün sökülməsinə başlanılıb.

BAKI, 22 may — Sputnik. Bakının Binaqədi rayonunda faciə ilə nəticələnən yanğının baş verdiyi binada təmir-bərpa işlərinə başlanılıb.

Sputnik xəbər verir ki, bu gün səhərdən binanın yanmamış hissənin poliuletan üzlüyünün sökülməsinə başlanılıb.

Binanın təmir-bərpası barədə qərar qəbul edilib və Nazirlər kabineti  təmir işlərinə 3 milyon manat ayırıb.

Təmir işlərinə başlanması ilə əlaqədar olaraq  bu gün Baş nazirin müavini, Bakıda baş verən yanğınla əlaqədar yaradılan Dövlət Komissiyasının sədri Abid Şərifov yanğın baş verən əraziyə gedib.

Komissiya sədri  Binəqədi rayon İcra Hakimiyyətinin başçısı Xaləddin İsgəndərovla birlikdə əraziyə baxış keçirib, binada təmir-bərpa işlərinə hazırlıqla bağlı göstərişlər verib.

Mayın 19-da Azərbaycan paytaxtında, Binəqədi rayonu, Azadlıq prospekti, 200/36 ünvanında yerləşən  çoxmərtəbəli binada baş verən yanğın nəticəsində 15 nəfər ölüb.    

Mövzu:
Binəqədidə binada baş vermiş yanğın (11)

Əlaqədar

Bakıda yanan binanın sakinlərinin bəzi sənədləri pulsuz bərpa ediləcək
Bakıda yanan binada xəsarət alan 11 xəstənin durumu açıqlandı
Abutalıbov: Yanan bina ilə bağlı hələ çox həbslər olacaq
Bakıda yanmış binadakı ailələrin hər birinə 20 min manat veriləcək

Əsas mövzular