19:30 26 İyun 2017
Canlı yayım
sürücülük vəsiqəsi

Bakıda yanan binanın sakinlərinin bəzi sənədləri pulsuz bərpa ediləcək

faktxeber.com
XƏBƏRLƏR
Qısa URL
1101

Binəqədidə yanan binanın sakinlərinin sürücülük vəsiqələri və istifadədə olan nəqliyyat vasitələrinin qeydiyyat şəhadətnamələri yararsız vəziyyətə düşübsə, onlar pulsuz bərpa ediləcək.

BAKI, 22 may — Sputnik. Bakıda Binəqədi rayonunda yanğın baş verən binanın sakinlərinin sürücülük vəsiqələri və istifadədə olan nəqliyyat vasitələrinin qeydiyyat şəhadətnamələri yararsız vəziyyətə düşübsə, onlar qısa müddət ərzində pulsuz bərpa ediləcək.

Bu barədə Trend-ə Daxili İşlər Nazirliyi (DİN) Baş Dövlət Yol Polisi İdarəsi (BDYPİ) ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis polkovniki Kamran Əliyev deyib.

K.Əliyev bildirib ki, bununla bağlı Daxili İşlər Nazirliyinin rəhbərliyi Baş Dövlət Yol Polisi İdarəsinin rəhbərliyinə müvafiq göstəriş verib.

"Binanın sakinlərindən xahiş edirik ki, müvafiq sənədləri bərpa etmək istəyənlər Baş Dövlət Yol Polisi İdarəsinə gəlsinlər. Əlaqə saxlamaq istəyənlər hər gün səhər 09:00-dan 18:00-a qədər 5908105, 5908107 nömrələrinə zəng edə bilərlər", deyə o vurğulayıb.

Əlaqədar

Abutalıbov: Yanan bina ilə bağlı hələ çox həbslər olacaq
Bakıda yanmış binadakı ailələrin hər birinə 20 min manat veriləcək
"ASAN xidmət" yanan binanın sakinlərinə xidmət göstərməyə başlayır
FHN üzlükləri sökülənədək 263 binaya nəzarət etməyə hazırdır

Əsas mövzular