11:51 14 Dekabr 2017
Canlı yayım
Toni Ebbot

Avstraliya qaçqınlardan imtina etdi

news.com.au
XƏBƏRLƏR
Qısa URL
401

Avstraliya baş naziri Tony Abbott Myanmar və Banqladeşdən olan qaçqınları ölkəyə qəbul etməyəcəklərini bildirib

BAKI, 21 may — Sputnik. Avstraliya baş naziri Tony Abbott Myanmar və Banqladeşdən olan qaçqınları ölkəyə qəbul etməyəcəklərini bildirib.

"Bu məzlum insanları yurd-yuvalarından didərgin salmaqdansa, zülmə məruz qaldıqları dövlətlərə sərt xəbərdarlıqlar edilməlidir. Onlar yad ölkələrdə, yeni və çətin bir həyata başlamaqdansa, öz vətənlərinə qayıdaraq firavan həyat tərzi sürməlidirlər", deyə nazir əlavə edib.

Anadolu agentliyinin məlumatına görə, Tailand, Malayziya və İndoneziya isə buddist zülmündən qaçan myanmalı müsəlmanlara müvəqqəti sığınacaq veriləcəyini açıqlayıb.

Avstraliya BMT statistikasına görə, qaçqın və məcburi köçkünləri ən asan prosedurlarla qəbul edən dövlət hesab olunur.     

Əsas mövzular