02:32 28 İyun 2017
Canlı yayım
Məhəmməd Mursi

Amerikalı konqresmenlər Mursinin edamına qarşı çıxdılar

XƏBƏRLƏR
Qısa URL
1001

David Cicilline Sisi rəhbərliyini "Mübarək 2" rejimi adlandırıb.

BAKI, 21 may — Sputnik. ABŞ-ın Demokrat Partiyasından olan Konqres üzvü Brendan Boyle Misirin devrilmiş prezidenti Məhəmməd Mursiyə edam cəzası verilməsindən narahat olduğunu dilə gətirib. ABŞ Konqresində Misirlə bağlı keçirilən müzakirələrin gedişində Boyle həm Mursi, həm də daha 100 nəfərin edam hökmünə məhkum edilməsindən narahat olduğunu deyib.

Konqresin respublikaçı üzvü Ted Yaho isə deyib ki, Mursinin edam edilməsi Misirdəki gərginliyi daha da artıracaq.
Müzakirələrdə iştirak edən Yaxın Şərq Siyasətinin Təhlili İnstitutunun icraçı direktoru Nensi Okail də Mursi də daxil olmaqla 100-dən çox adama verilən edam cəzalarının hüququn aliliyinə xələl gətirdiyini və onu bir ədalət vasitəsi olmaqdan çıxarıb təzyiq vasitəsinə döndərdiyini deyib.
Demokrat konqresmen David Cicilline də Misir xalqının son bir neçə ildə qeyri-adi bir parçalanma və xaos yaşadığını ifadə edib. "Bu gün Misir xalqı təhlükəsizliyi bəhanə edərək təzyiqlərə əl atan, "Mübarək 2" adlandıra biləcəyimiz bir rejim altında yaşayır. Biz sual verməliyik ki, son 4 ildə çox şey qazanan və itirən Misir xalqı keçmiş təzyiq və qorxu taktikalarına geri dönən bir rejim altında yaşamaq istəyirmi? "Məncə istəmirlər",  deyə konqresmen əlavə edib.

M.Mursi ilə bağlı son qərarı iyunun 2-də Misirdəki Ali Müftilik qəbul edəcək. Müftilik edam hökmünü ya ləğv edə, ya da qüvvədə saxlaya bilər.

Əlaqədar

Misirin eks-prezidenti Məhəmməd Mursi Türkiyəyə ekstradisiya oluna bilər
Misirin keçmiş prezidenti Məhəmməd Mursi ölüm cəzasına məhkum edilib

Əsas mövzular