21:57 19 Noyabr 2017
Canlı yayım
Azərbaycan XİN

XİN: "DQR"-in müstəqilliyinin tanınması barədə məlumat təxribatdır

aznews.az
XƏBƏRLƏR
Qısa URL
1001

Çinin BMT-də Azərbaycanın işğal olunmuş ərazisindəki qondarma "Dağlıq Qarabağ Respublikasını" müstəqil dövlət kimi tanıması ilə bağlı yayılan məlumat təxribat xarakteri daşıyır

BAKI, 21 may — Sputnik. Çinin BMT-də Azərbaycanın işğal olunmuş ərazisindəki qondarma "Dağlıq Qarabağ Respublikasını" müstəqil dövlət kimi tanıması ilə bağlı yayılan məlumat təxribat xarakteri daşıyır.

Bunu Sputnik-ə açıqlamasında xarici İşlər Naizrilyinin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev "Lifenews" kanalının Çinin BMT Təhlükəsizlik Şurasına "Dağlıq Qarabağ Respublikası"nın tanınması barədə qətnamə təqdim etməsi barədə yaydığı məlumata münasibət bildirərkən deyib.

"Bu, yalan və təxribat xarakterli məlumatdır. Məslə ilə bağlı artıq XİN tərəfindən Azərbaycanın Çindəki səfirliyinə təlimat verilib ki, səfirlik bu təxribat barədə Çin Xarici İşlər Nazirliyini məlumatlandırsın", deyə H. Hacıyev qeyd edib.

H. Hacıyev bildirib ki, belə bir fakt mövcud deyil, ermənilər təxribata əl ataraq yalan məlumat yayıblar.

"Lifenews" telekanalının yaydığı xəbərə görə, Çinin baş naziri "Twitter" səhifəsində yazıb ki, əgər ABŞ, Fransa və Rusiya Çinin "Dağlıq Qarabağ Respublikası" haqqında təqdim etdiyi qətnaməni dəstəkləyərsə, "Dağlıq Qarabağ Respublikası" müstəqil respublika olacaq və BMT-yə üzv qəbul olunacaq.

İki Cənubi Qafqaz ölkəsi arasında münaqişə 1988-ci ildə Ermənistanın Azərbaycan torpaqlarına iddiası nəticəsində başalyıb.

Hazırda Azərbaycanaın 20% torpağı — Dağlıq Qarabağ və ona bitişik yeddi rayonun ərazisi Ermənistanın Silahlı Qüvvələrinin nəzarətindədir.

1994-cü ilin may ayında tərəflər arasında atəşkəs rejimi haqqında sənəd imzalasalar da, münaqişənin sülh yolu ilə həlli istiqamətində ABŞ, Fransa və Rusiaynın həmsədrliyi ilə aparılan ATƏT Misnk qrupunun apardığı danışıqlar prosesi hələ də müsbət nəticə vermir.

BMT Tşəhlükəsizlik Şurasının Ermənistanın Azərbaycanın işğal etdiyi torpaqları dərhal azad edilməsi ilə bağlı qəbul etdiyi dörd qətnamə bu günüə kimi Ermənistan tərəfindən icra olunmur. Beynəlxalq ictimaiyyət isə Ermənistanın beynəlxalq hüquqa olan hörmətsizliyinə biganə yanaşır.

Azərbaycan torpaqlarının işğalı nəticəsində bir milyona yaxın soydaşımız məcburi köçkün və qaçqın həyatını yaşamaqdadır.

Əlaqədar

Robert Sekuta: ABŞ Qarabağ münaqişəsinin həllində səylərini davam etdirir
Minsk Qrupu Qarabağ münaqişəsinin sülh yolu ilə nizamlanmasını dəstəkləyir
NATO-da Dağlıq Qarabağ münaqişəsi haqqında müzakirələr aparılacaq

Əsas mövzular