21:56 19 Noyabr 2017
Canlı yayım
Avropa İttifaqı Şərq Tərəfdaşlığı

"Şərq tərəfdaşlığı" yaxında arxiv olacaq

report.az
XƏBƏRLƏR
Qısa URL
Riqa sammiti (8)
3901

Politoloqlar "Şərq tərəfdaşlığı" proqramının perspektivini görmürlər.

BAKI, 21 may — Sputnik. Avropa İttifaqının (Aİ) "Şərq tərəfdaşlığı"da digər layihələr kimi yaxın gələcəkdə tarixin arxivinə çevriləcək.Bunu Sputnik-ə açıqlamasında "Atlas" Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu "Şərq tərəfdaşlığı" proqramına üzv ölkələrin dövlət başçılarının mayın 21-də Riqada başlananZirvə görüşü ilə bağlı mövqeyini açıqlayarkən deyib.

""Şərq tərəfdaşlığı" proqramı Aİ-nin qonşuluq siyasəti və digər layihələri kimi öz effektini vermədiyindən qarşıya qoyulan hədəflərə nail olunmadı. Ona görə də bu layihə özündən əvvəlki layihələrin taleyini yaşayacaq, yaxın gələcəkdə ikinci plana keçəcək və tədricən yaddan çıxarılacaq. Çünki bu gün Aİ-də vəziyyət o qədər də yaxşı deyil ki, bu proqramı reallaşdırmaqda maraqlı olsunlar.Bu baxımdan,sözügedən proqramın perspektivi yoxdur", deyə politoloq E.Şahinoğlu bildirib.

Onun sözlərinə görə, Aİ bundan sonra daha çox ikitərəfli əməkdaşlıqlara üstünlük verəcək. "Azərbaycanın adıçəkilən layihədə tutduğu mövqe strateji cəhətdən düzgündür. Ölkəmiz milli maraqları naminə Aİ ilə ikitərəfli əlaqələrini daha da inkişaf etdirməli, inteqrasiya prosesini sürətləndirməlidir. Nəhayət, Azərbaycan Aİ ilə strateji tərəfdaşlıq sazişini imzalamalıdır."

Politoloq Tofiq Abbasov isə hesab edir ki, "Şərq tərəfdaşlığı" proqramı Qərbin geosiyasi və geoiqtisadi mövqe uğrunda apardığı mübarizənin tərkib hissəsidir: "Qərbin geosiyasi və geoiqtisadi mövqe uğrunda apardığı mübarizədə qarşı tərəfin maraqları və mövqeləri öyrənilmədi. Nəticədə proqram iflasa uğradı. Bu Yalnız Azərbaycan və Belarus düzgün mövqe nümayiş etdirdi."
T. Abbasov onu da deyib ki, Qərbin dəstəyiilə həyata keçirilən bu layihələrin əsas hədəfi enerji bazarı və tranzit uğrunda aparılan mübarizədir.

"Qərbin belə layihələri siyasi dəstək olanda reallaşır, olmayanda isə yox. Bu baxımdan, Qərb, xüsusən də ABŞ, "Şərq tərəfdaşlığı" proqramına lazımı siyasi dəstəyi vermədi və bu layihə də iflasa uğradı" — deyən politoloqun fikrincə, ümumiyyətlə Qərb tərəfindən yaradılan təşkilatların, o cümlədən də, Ümumdünya Ticarət Təşkilatının (ÜTT), Dünya Bankının, Beynəlxalq Valyuta Fondunun (BVF) və digərlərinin əsas hədəfi dünya iqtisadiyyatına nəzarəti həyata keçirməkdir.

Mövzu:
Riqa sammiti (8)

Əlaqədar

Prezident İlham Əliyev Riqa Sammitində iştirak edə bilməyəcək
Azərbaycan prezidentinin sammitə qatılmaması doğru qərardır - ekspert

Əsas mövzular