16:02 15 Dekabr 2017
Canlı yayım
Bakıda yanan bina

"ASAN xidmət" yanan binanın sakinlərinə xidmət göstərməyə başlayır

tvpress.az
XƏBƏRLƏR
Qısa URL
901

Binəqədi rayonu ərazisində yanğın baş vermiş binada sənədləri yanmış və ya korlanmış sakinlərə Azərbaycan Prezidenti İlham Əliyevin tapşırığına əsasən səyyar "ASAN xidmət" vasitəsilə xidmət göstəriləcək.

BAKI, 21 may — Sputnik. Binəqədi rayonu ərazisində yanğın baş vermiş binada sənədləri yanmış və ya korlanmış sakinlərə Azərbaycan Prezidenti İlham Əliyevin tapşırığına əsasən səyyar "ASAN xidmət" vasitəsilə xidmət göstəriləcək. Səyyar şəkildə göstərilən xidmətlər aidiyyəti dövlət qurumları tərəfindən təqdim olunur.

Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyindən verilən məlumata görə, bu xidmətlərə aşağıdakı və digər zəruri sənədləşmələr daxildir:

Notariat fəaliyyəti;

Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı;

Şəxsiyyət vəsiqələrinin verilməsi və dəyişdirilməsi;

Ümumvətəndaş pasportlarının verilməsi və dəyişdirilməsi;

Sürücülük vəsiqələrinin dəyişdirilməsi;

Mənzillər üzərində mülkiyyət hüquqlarının ilkin və təkrar dövlət qeydiyyatına alınması barədə çıxarışların, texniki pasportların verilməsi;

Daşınmaz əmlakın təsvirinə, dövlət qeydiyyatına alınmış hüquqlara və onların məhdudlaşdırılmasına (yüklülüyünə) dair dövlət reyestrindən arayışların verilməsi;

Fərdi yaşayış evləri üzərində mülkiyyət hüquqlarının təkrar dövlət qeydiyyatına alınması barədə çıxarışların, texniki pasportların verilməsi.

Xidmətlər yanğınla əlaqədar Fövqəladə Hallar Nazirliyi tərəfindən yaradılmış qərargahın yanında mayın 22-dən etibarən səyyar avtomobillər və iritutumlu avtobus vasitəsilə həyata keçiriləcək.

Səyyar "ASAN xidmət"in iş qrafiki: həftənin bazar ertəsi — cümə günləri saat 10:00-dan 20:00-dək, şənbə və bazar günləri isə saat 10:00-dan 17:00-dək (nahar fasiləsi olmadan).

 

Əsas mövzular