19:02 24 Noyabr 2017
Canlı yayım
Bakıda yanan bina

Yanğınla bağlı həbslər başladı

sputnik.az
XƏBƏRLƏR
Qısa URL
Binəqədidə binada baş vermiş yanğın (11)
401

Bakıda baş verən yanğınla bağlı artıq bir nəfər həbs edilib

BAKI, 20 may — Sputnik. Bakıda baş verən yanğınla bağlı artıq bir nəfər həbs edilib.

Bu barədə Baş Prokurorluq, FHN və Daxili İşlər Nazirliyinin mətbuat xidmətlərinin yaydığı birgə məlumatda qeyd edilir.

Qulluq mənafeyi tələb etdiyi halda səlahiyyətlərindən istifadə etməyən və istehsal etdiyi keyfiyyətsiz üzlüklərlə həmin binada fasadlama işləri aparmış “Global Construction” şirkətinin rəhbəri Miryusif Mahmudov iş üzrə şübhəli şəxs qismində tutulub. Araşdırmaların gedişi barədə ictimaiyyətə əlavə məlumat veriləcək.

Şirkət rəhbərinin Miryusif Mahmudovun saxlanılması xəbərindən sonra ona məxsus şirkətin internet saytı fəaliyyətini dayandırıb.

Binəqədidə yanğına görə həbs olunan "GLOBAL" Şirkətlər qrupunun rəhbəri Miryusif Mahmudov əslən Gəncəlidir.  

"Global Construction” şirkəti 2006-cı ildə yaradılıb. Şirkət böyüklüyünə görə, ölkənin ən tanınan tikinti şirkəti hesab olunur. Onun rəhbərlik etdiyi “Global Stone” şirkəti 2012-ci ildə nüfuzlu CE sertifikatına layiq görülüb. Qafqaz regionunda poliuretan fasad örtüyünün yeganə istehsalçısı olan “Global Stone” MMC Azərbaycanda bu sertifikatı alan ilk özəl şirkəti olub.

Bu şirkət həmçinin Gəncədə Heydər Əliyev Mərkəzini tikib.

Mövzu:
Binəqədidə binada baş vermiş yanğın (11)

Əsas mövzular